Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

"Ermənilər işğal olunmuş əraziləri geri qaytarmalıdır..."

“Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində dəyişikliyin vaxtıdır”.

Xeberinfo.com:  Bunu APA-ya açıqlamasında tanınmış amerikalı politoloq, Qlobal Təhlükəsizlik Analizi İnstitutunun Energetika, təbii resurslar və geosiyasət mərkəzinin direktoru Ariel Koen deyib. O bildirib ki, Minsk prosesi hələ ki heç bir nəticə vermir: “Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması və müharibə təhlükəsinin yeni səviyyəyə çatması heç də təəccüblü deyil. Rusiya yüz ildən artıqdır ənənəvi olaraq Ermənistanı dəstəkləyir. Türkiyəyə qarşı irsi düşmənçilik geri qayıdıb və bu, Rusiyanı Cənubi Qafqazı militaristləşdirməyə sövq edir. Biz uzun müddət daha çox gərginlik və Azərbaycan və Türkiyəyə qarşı təzyiq müşahidə edəcəyik”.

A. Koen Ermənistan Qarabağ münaqişəsindən ciddi zərər gördüyünü söyləyib. O qeyd edib ki, Ermənistanın 1 milyondan çox əhalisi ölkəni tərk edib, ölkədə yaşayış səviyyəsi minimuma enib: “Ermənistan vacib investisiya və iqtisadi imkanları əldən buraxıb, öz demokratiyasını təhdid altına salıb. Onun elitası biznesə köklənməyib”.

Nüfuzlu politoloqun sözlərinə görə, BMT qətnamələrinin də tələb etdiyi kimi, ermənilər sülh prosesi və nizamlanması çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmalı və Cənubi Qafqazda sülh bərqərar olmalıdır. O əlavə edib ki, Ermənistan tərəfindən Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması sülhə aparmayacaq və bu, səhv yoldur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam