Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Bank müsadirə etdiyi villanı satır - 700 minə

"Atabank"ın kredit borcuna görə müsadirə etdiyi və satışa çıxardığı daşınmaz əmlakların qiymətləri məlum olub.

Xeberinfo.com:   Məlumata görə, bankdan fins.az-a deyilib ki, müştəri gözləyən əmlakları almaq üçün minimum 4 min manat, maksimum isə 700 min manat pul vermək lazımdır.

Bankın müsadirə etdiyi ən ucuz əmlak Tərtər rayonunun Borsunlu kəndində satılan 3,81 hektar torpaq sahəsidir. Ərazi cəbhə bölgəsinə yaxın yerləşir və torpağı hektarına 1050 manat ödəməklə onu almaq olar.

Bir qədər artıq xərc çəkmək istəyənlər Lənkəranda fərdi ev də ala bilərlər. Rayonun Girdəni kəndindəki həyət evi 10 min manata satılır.

"Atabank"ın təklif etdiyi ən bahalı daşınmaz əmlak isə Bakıda yerləşən villadır. Bu obyekt paytaxtın Binəqədi rayonunda, Rəsulzadə qəsəbəsindədir və qiyməti 700 min manatdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam