Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ulu Öndər Füzulidə anıldı - FOTOLAR

 

 

Horadiz şəhərində Heydər Parkında Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə tədbir keçirilmişdir.

Xeberinfo.com: Rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərlərinin, icra nümayəndəliklərinin, bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin, ümumilikdə 3000 nəfərin iştirak etdiyi təbirdə öncə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və iştirakçılar Ulu öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri qoyaraq ehtiramlarını bildirmişlər.

Sonra tədbir iştirakçıları Heydər Parkında təşkil olunmuş gül kompozisiyaları, Ulu öndərə həsr olunan kitab sərgisi və əl işləri ilə tanış olmuşlar.

Tədbirdə çıxış edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb. Alı Alıyev bildirib ki, Ulu öndər Heydər Əliyevin doğum gününün Füzulidə keçirilməsi artıq bir ənənəyə çevrilib. Mövzu və kompozisiya baxımından ildən-ilə zənginləşən bu gün hər bir füzulilinin qəlbində xoş ovqat yaradır, xalqının bu günü naminə həyatını sərf etmiş dahi şəxsiyyətin ruhuna minnətdarlıq hissi oyadır.

Alı Alıyev demişdir: “Ulu öndər Heydər Əliyevin yubileyi ərəfəsində füzulili məcburi köçkünlər də ölkə başçısı cənab İlham Əliyevi əmin etmək istəyir ki, müstəqil Azərbaycanın əbədi və dönməzliyi yolunda Ulu öndərin vəsiyyətlərinin yerinə yetirilməsinə bütün xalqımız kimi füzulilər də yorulmadan, var qüvvələri ilə çalışacaq, Heydər Əliyevin ölməz əməllərini nəsildən-nəsilə keçirəcəklər.”

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ili ərəfəsində Füzuli rayonu ərazisində iməciliklər keçirilmiş, çoxlu sayda ağac əkilmiş, küçə və meydanlarda, parklarda abadlıq, səliqə-sahman işləri görülüb.

Tədbir Heydər parkında gəzinti ilə davam etdirilib.

 

Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 93 illiyi rayonun bütün idarə və müəssisələrində silsilə tədbirlərlə qeyd olunub.
















Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam