Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Kürdəmirdə kitab bayramı - FOTOLAR


 

Bu gün rayonun “Gənc Heydərçilər” parkında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə kitab bayramı keçirilib

 

Xeberinfo.com:   Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli, Kürdəmir rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Vaqif Alıyev , təhsil, səhiyyə və mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri, yeniyetmə və gənclər iştirak edib.  

Kitab bayramında çıxış edən rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Vaqif Alıyev Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolundan söz açaraq qeyd edib ki, bəşər tarixində nadir insanlar var ki, onların həyat və fəaliyyəti xalqın, dövlətin taleyini həll etmiş olsun. Onlardan birincisi sözsüz ki, Heydər Əliyevdir. Onun milli vətənpərvərlik ideyaları bu gün yeni mahiyyət almış, daha da genişlənərək bütünlükdə xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz örnəyə çevrilmiş, xalqımıza vətən sevgisi, vətən birliyi, vətən bütövlüyü hissi aşılamışdır.O, çıxışının sonunda ümummilli liderin kitabla bağlı fikirlərindən danışaraq insanları biliyə, zəkaya, müdrikliyə, kamala doğru gedən yolunu işıqlandıran kitabla dost olmağa çağırdı.

Tədbirdə Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli çıxış edərək öz adından və rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov adından Kitab bayramı və Ulu Öndər Heydər Əliyevin 93 ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etdi və kitabın elm, bilik, zəka mənbəyi olmasından söhbət açdı, görkəımli şəxslərin kitab haqqında söylədiyi fikirləri iştirakçılarla paylaşdı və tədbir iştirakçılarına, xüsusilə yeniyetmələrə kitab oxumağı tövsiyə etdi.

Əsas qayəsini vətənpərvərlik tərbiyəsi təşkil edən bayram tədbirində Kürdəmir rayon uşaq incəsənət məktəbinin şagirdləri və rayonda fəaliyyət göstərən musiqi kollektivlərinin iştirakı ilə təqdim edilən vətənpərvərlik ruhlu musiqi nömrələri, şəhər 1 saylı və şəhər 6 saylı tam orta məktəbin şagirdlərinin ifasında Ulu Öndər Heydər Əliyevə və vətənpərvərlik tərbiyəsinə həsr edilmiş ədəbi kompozisiyalar iştirakçıların vətənpərvərlik ruhunun yüksəlməsinə səbəb oldu.

Tədbirdə Azərbaycanın çoxəsrlik tolerantlıq və multikulturalizm ənənələri olan bir ölkə olduğu qeyd edildi və 6 saylı tam orta məktəbin şagirdlərinin mövzu ilə bağlı təqdim etdikləri musiqi nömrəsi iştirakçılar tərəfindən maraqla qarşılandı.

Kitab bayramında “İlin ən fəal oxucuları” nominasiyası üzrə və “Kitabxananın ictimai həyatında fəal iştirakına görə” bir neçə oxucu diplomla təltif edildi.

 

Sonda tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin 93-cü ildönümü münasibətilə təşkil edilmiş kitab sərgisinə baxdılar.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam