Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Rusiya Azərbaycana hücum edə bilər

 

Mərkəzi ofisi Londonda yerləşən "Bloomberg" agentliyi bu barədə geniş məqalə dərc edib

   "xeberinfo.com": "Rusiya Azərbaycana üç cəbhədən hücum edə bilər: Qarabağdan, Dağıstan sərhədindən və dənizdən". 

Məlumata görə, bu barədə mərkəzi ofisi Londonda yerləşən “Bloomberg” agentliyiyində bu gün dərc edilmiş geniş məqalədə deyilir. 

Agentlik qeyd edir ki, Rusiya Dağıstanda və Xəzər dənizində böyük güclər saxlayır və təbii ki, bu, İranla müharibə üçün nəzərdə tutulmayıb. Məqalədə həmçinin Dağlıq Qarabağ münaqişəsinin tarixçəsinə də toxunulub: “Ermənistan Rusiyanın dəstəyi ilə Azərbaycanın dağlarda yerləşən Dağlıq Qarabağ regionunu və ətrafda yerləşən yeddi rayonu işğal edib. İri miqyaslı hərbi əməliyyatlar 1994-cü ildə atəşkəs elan edilməsi ilə başa çatdı, amma tərəflər hələ də sülh sazişi bağlamayıblar”. 

Məqalədə vurğulanıb ki, hazırda Krımda baş verən proses ilk dəfə Dağlıq Qarabağda tətbiq edilib: "Bu eyni iştirakçıların eyni ssenarisi idi ki, nəticədə Azərbaycan torpaqlarının 20 faizini itirdi". Müəllif həm də Gürcüstanın Rusiya tərəfindən məğlub edilməsinə toxunub: “Seperatçı Cənubi Osetiya regionuna görə 2008-ci ilin avqust müharibəsində Gürcüstan Rusiya tərəfindən darmadağın edildi. Bu, Sovet İttifaqının dağıdılmasından sonra Krım münaqişəsinə qədər Rusiyanın öz sərhədlərindən kənarda ən böyük qüvvə nümayişi idi”.

Məqalədə Putinin Qafqaz regionu ilə bağlı planlarına da toxunulur: “Putin Rusiyanın nəzarətdə saxladığı əraziləri genişləndirir ki, soyuq müharibədən sonra itirdikləri nüfuzu bərpa etsinlər”. 

Daha sonra Rusiya prezidentinin keçən ilin dekabr ayında Ermənistandakı Rusiya hərbi bazasında dediyi sözlər yada salınır: “Cənubi Qafqaz regionuna gəldikdə isə, Rusiya heç zaman bu regionu əldən buraxmayacaq”,- deyə onda Vladimir Putin bildirmişdi. 

Məqalədə Rusiyanın Azərbaycana və digər keçmiş sovet respublikalarına təzyiqinin səbəbləri də vurğulanır: "Rusiya Gömrük İttifaqının və nəzərdə tutulan Avrasiya Birliyinin vasitəsi ilə keçmiş Sovet İttifaqının bərpasına çalışır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam