Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Kürdəmirdə aqrar sahənin inkişafı uğurla davam etdirilir - FOTOLAR

        Kürdəmirdə pambıqçılıqla yanaşı, baramaçılığın inkişafı istiqamətində də tədbirlər görülür

 

Xeberinfo.com:   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların özünü maliyyələşdirməsi, mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi, ixracyönümlü istehsal müəssisələrinin yaradılması ilə bağlı verdiyi tapşırıqların icrası istiqamətində Kürdəmir rayonunda da zəruri işlər görülür.

Pambıqçılıq - strateji əhəmiyyətli, çox gəlir gətirən sahədir. Rayon sakinlərinin pambıqçılıq sahəsində təcrübəsi, bölgədə olan mövcud pambıq emalı zavodlarının potensialı nəzərə alınaraq, bu il rayonda 2 min hektaradək sahədə pambıq əkilməsi planlaşdırılıbvə hazırda çiyid səpini davam etdirilir. 1870 hektar sahədə pambıq əkilməsi üçün sahibkarlarla emal müəsissələri arasında müqavilə bağlanıb. Hazırda bu istiqamətdə, habelə yeni istehsal müəssisələrinin yaradılması, mövcud istehsal müəssisələrinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı işlər davam etdirilir. Rayon ərazisində gələcəkdə  toxuculuq müəssisəsinin yaradılması üçün sahibkarlarla danışıqlar aparılır.

Pambıqla yanaşı, ixracyönümlü məhsul olan baramaçılığın da inkişafı istiqamətində tədbirlər görülür. Bunun üçün rayon ərazisində 1000 ha sahədə tut ağaclarının əkilməsi planlaşdırılıb. Rayonda barama istehsalını 3 tondan 75 tona çatdırılması nəzərdə tutulub.

 

Kürdəmir rayon İcra Hakimiyyəti tərəfindən rayonumuzda qeyri neft sektorunun prioritet istiqamətlərindən olan aqrar sahənin inkişaf etdirilməsi üçün məqsədyönlü işlər görülür.Kənd təsərrüfatının, xüsusilə də pambıqçılığın inkişaf etdirilməsi gələcəkdə yüzlərlə əlavə iş yerləri yaranması deməkdir.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam