Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Sahibkarlar vergi yoxlamalarının birləşdirilməsini təklif edir

Azərbaycanda sahibkarlar vergi yoxlamalarının birləşdirilməsini təklif edir

 

 

Amerika Ticarət Palatasının (AmCham) Azərbaycan hökumətinə iqtisadi islahatlarla bağlı təqdim etdiyi təkliflər paketində vergi cinayətləri ilə bağlı təkliflər də var. 
Xeberinfo.com:   Bunu “Report”a açıqlamasında "AmCham"ın Vergi və gömrük Komitəsinin sədri Bəxtiyar Aslanbəyli deyib: "Mövcud qanunvericiliyə əsasən, 2 min manatdan artıq məbləğdə vergidən yayınma faktı aşkarlanan zaman, bu, vergi cinayəti sayılır. Hesab edir ki, bu, çox aşağı məbləğdir və bunun artırılmasını təklif etdik".
Komitə sədri bildirib ki, "AmCham" Vergilər Nazirliyinin vergi təhqiqatları aparmasını da doğru hesab etmir: “Vergilər Nazirliyinin həm vergi siyasətini həyata keçirməsi, həm də vergi təhqiqatları aparması düzgün deyil. "AmCham"ın vergi cinayətləri ilə bağlı təklifini Prezident Adminstrasiyası istəyib, biz də təqdim etmişik. Məsələn, Gürcüstanda bu rəqəm Azərbaycandakından dəfələrlə çoxdur”.
B.Aslanbəylinin sözlərinə görə, vergi cinayətləri ilə bağlı məsələlərdə interpretasiya fərqi (hesablanma mexanizminə fərqli yanaşma) nəzərə alınmalıdır: “Əgər sahibkar planlı şəkildə vergidən yayınırsa, bu, başqa məsələdir. Lakin sahibkarın qanunvericiliklə bağlı interpretasiyası vergi müfəttişinin qanunvericiliyə yanaşmasından fərqlidirsə, bu da başqa məsələdir. Yəni, sahibkar dövriyyəsini gizlətmir, sadəcə qanunvericiliyə yanaşması fərqlidir. Hətta rəqəm fərqi 25 min manatdan artıq olsa belə, bu, cinayət məsuliyyəti yaratmamalıdır”.
"AmCham" rəsmisi hökumətə inzibati islahatlarla bağlı hər hansı təklifin verilmədiyini də açıqlayıb: “Vergilər Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yoxlamalarının birləşdirilməsi ilə bağlı təkliflərimiz var. Sahibkarların vergiyə cəlb edilən əmək haqqı bazasını həm Vergilər Nazirliyi, həm də DSMF yoxlayır. Təcrübədə o da mövcuddur ki, həmin baza ilə bağlı hər iki qurumun fərqli yanaşması olur və bu, əlavə problemlər yaradır. Ona görə də təklif etmişik ki, DSMF-nin yoxlama hüququ əlindən alınaraq Vergilrə Nazirliyinə verilsin".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam