Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Oliqarxlardan Fazil Məmmədova hücum

fazil_memmedovNazirin vergi siyasəti onu hədəfə gətirib

Xeberinfo.com:  İri ticarət mərkəzlərində ərzaq məhsullarının seyrəldiyi barədə məlumat vermişdik. Həmin məlumatda bildirilirdi ki, bu tedensiyanın səbəbi monopolistlərin ticarət mərkəzlərinə satdıqları mala görə qaimə verməməsidir. Məsələ burasındadır ki, son vaxtlar Vergilər Nazirliyinin əməkdaşları iri ticarət mərkəzlərindən aldıqları malların qaimələrini tələb edirlər.

Qaimə olmadıqda həmin malların satışına qadağa qoyulur. Bildirilir ki, Vergilər Nazirliyi bununla idxal mafiyasının, həmçinin gömrüyün dövriyyəsini bilmək istəyir. Bu baxımdan da idxal mafiyası ticarət mərkəzlərinə satdıqları mala görə qaimə vermir.

Bəzi iddialara görə, vergilər naziri Fazil Məmmədovun bu addımı Dövlət Gömrük Komitəsinin rəhbərliyini hiddətləndirib və onlar arasında gərginlik yaranıb.

“Azadlıq”a daxil olan məlumata görə, bu günlərdə Bakıda fəaliyyət göstərən iri marketlər şəbəkəsinin rəhbərlərinin iqtisadiyyat naziri Şahin Mustafayevə müraciəti də oliqarxlar və Fazil Məmmədov arasındakı ziddiyyətlərin təzahürüdür. Qeyd edək ki, bir neçə gün əvvəl “Bizim” marketlər şəbəkəsi adından təsisçi Rasim Salmanov, “Fresko” və “Səbət” marketləri adından direktor Kamran Eyyubov, “Rahat” marketlər şəbəkəsi adından təsisçi Cəlal Babakişiyev, “Makromart” marketlər şəbəkəsinin təsisçisi Kamal Əliyev, “Araz” marketlər şəbəkəsi adından Ilqar Nuri, “Neptun” marketlər şəbəkəsi adından direktor Vüqar Ibrahimov, “Bolmart” marketləri adından Elçin Kərimov, “Favorit” marketlər şəbəkəsi adından Aydın Əzizov, “Mega store” və “Sarı” marketləri adından Eşqin Ismaillinin imzasıyla Şahin Mustafayevə müraciət olunub. Həmin müraciətdə nazirdən vergi yükünün azaldılmasını xahiş ediblər.

Bu marketlər məmur-oliqarxların nəzarətindədir. Məsələn, “Neptun” marketlər şəbəkəsinin Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədri Vasif Talıbovun, “Favorit” marketlər şəbəkəsinin deputat Madər Musayevin, “Araz” marketlər şəbəkəsi hakim ailənin patronajlığı altında fəaliyyət göstərir. Digər iri marketlər də müxtəlif məmurlara bağlıdır. Beləliklə, əslində bu müraciət Fazil Məmmədovu küncə sıxışdırmaq üçündür. Lakin onların bu istəyinə nail olub-olmayacaqlarını zaman göstərəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam