Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Ordumuzun daha bir şəhidi Mingəçevirdə dəfn edildi - FOTOLAR

 

 

Azərbaycan Ordusunun ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olan müddətdən artıq xidmət keçən hərbi qulluqçusu, kiçik çavuş, 1983-cü il təvəllüdlü Əhmədov Rüstəm Oruc oğlu doğulduğu Mingəçevir şəhərində dəfn edilib.

Xeberinfo.com:   APA-nın yerli bürosunun xəbərinə görə, şəhid Rüstəm Əhmədov Mingəçevirdəki Şəhidlər xiyabanında torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub. Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Mingəçevir şəhər İcra Hakimiyyətinin kollektivi, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhər sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, minlərlə mingəçevirli iştirak edib. Dəfn mərasimində “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları səsləndirilib, şəhid yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı atası Oruc Əhmədova təqdim edilib.

Şəhidin atası oğlu ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

Qeyd edək ki, Rüstəm Əhmədov aprelin 14-də cəbhənin Tərtər-Ağdərə istiqamətində şəhid olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam