Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“Ermənistan Dağlıq Qarabağın Azərbaycan ərazisi olması ilə barışmalıdır”

Gürcü ekspert: “Ermənistan Dağlıq Qarabağın Azərbaycan ərazisi olması ilə barışmalıdır”

 

 

“Son hadisələrə Qarabağ münaqişəsi kimi baxmaq lazım deyil. Dünyada baş verən hadisələri – Avropa, Türkiyə və Suriyadakı terror aktlarını analiz etsək, görərik ki, bunların bir-biri ilə əlaqəsi var. Hər yerdə Rusiyanın siyasi xəttini görmək olar”.
 
Xeberinfo.com:  Məlumata görə, bunu APA-nın Gürcüstan bürosuna açıqlamasında müstəqil ekspert, “Georgia Online” portalının baş redaktoru Qoça Qvaramiya deyib.
 
Dağlıq Qarabağ ətrafında baş verənlərdə Rusiyanın marağının olduğunu deyən Q. Qvaramiya qeyd edib ki, Moskvanın məqsədi özünün hakim və geosiyasi mövqeyini bərpa etmək, eyni zamanda regiondan keçən beynəlxalq layihələrə, o cümlədən yeni İpək Yoluna təsirini göstərməkdir.
 
“Rusiya layihənin Türkiyə qolunu qəbul etmək istəmir və onu köhnə istiqamətə qaytarmağa cəhd göstərir. Buna görə də terror aktlarını və Qarabağda baş verən təxribatları Rusiya törədir. Azərbaycanın birtərəfli qaydada barışıq elan etməsini və digər tərəfdən atışmanın səngimədiyini nəzərə alsaq, bunun səbəbi Ermənistandakı Rusiya hərbi bazasının olmasıdır. Ermənistan praktiki olaraq Rusiyanın əsiridir. Ermənilər bilməlidirlər ki, Azərbaycanın beynəlxalq aləmdə tanınan sərhədlərinin Ermənistan tərəfindən dəyişdirilməsini heç bir dövlət tanımayacaq, bütün dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ermənistan anlamalıdır ki, bu münaqişədə yalnız Rusiya udur. Bu, Ermənistanda nə qədər tez başa düşülsə, bir o qədər tez sülh əldə olunar. Bu ərazi Azərbaycanındır və həmişə Azərbaycanın olaraq qalacaq. Bu, faktdır, siyasi aksiomadır! Ermənistan bununla barışmalıdır”, - deyə o vurğulayıb.
 
Q. Qvaramiyanın sözlərinə görə, Rusiyaya Gümrüdəki hərbi bazası üçün dəhliz lazımdır və bu dəhliz Gürcüstan ərazisindən keçir: “Dəhlizin Gürcüstandan keçməsi ölkə ərazisini bölmək məqsədi daşıyır. Rusiya Azərbaycan əleyhinə addım ata bilmir, çünki Azərbaycan kifayət qədər özünü təmin edən ölkədir və Rusiya maliyyəsindən asılı deyil. Gürcüstan isə geosiyasi layihələrdən asılı bir dövlətdir. Azərbaycan və Türkiyə Gürcüstanı bu zəncirdən qopara bilsələr, ölkə tam müstəqillik əldə edəcək”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam