Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Biləsuvarlılar daha bir şəhidini dəfn etdi - FOTOLAR

 

4 aprel 2016-cı il tarixdə cəbhənin Füzuli rayonu istiqamətində erməni silahlı qüvvələrinin  torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhramancasına şəhid olan Azərbaycan ordusunun   müddətdən artıq hərbi xidmət qulluqçusu   Dəmirli Hüseyn Zeynal oğlu bu gün böyüyüb boya-başa çatdığı Biləsuvar şəhərində torpağa tapşırıldı.

 

Xeberinfo.com:   Dəfn mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin əməkdaşları, şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları iştirak etdilər.

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev vida mərasimində çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı verdi və bildirdi ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş  bütün əsgərlərimizin qisası  güclü və qüdrətli ordumuz tərəfindən düşməndən alınır.Şəhidlərimizin əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.

      Yaylım atəşi açıldıqdan sonra şəhid əsgər torpağa tapşırıldı.

 

 







Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam