Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

ABŞ və Rusiya razılığa gəlir

 

Parisdə ABŞ və Rusiya xarici işlər nazirləri arasında Ukrayna ilə bağlı danışıqlar yekunlaşıb. 

 "xeberinfo.com": Məlumata görə, danışıqların yekunu olaraq mediaya açıqlama verən Con Kerrinin sözlərinə görə, danışıqlarda təklif olunub ki, Ukraynada baş verənlərlə bağlı beynəlxalq müşahidəçilər bölgədə monitorinq aparılması təmin edilsin, qanunsuz birləşmələrin tərkisilah edilməsi kimi məsələlərin vacibliyi nəzərə alınsın. 

C. Kerri deyib ki, bu ölkə ilə bağlı heç bir qərar Arsen yasenyukun rəhbərlik etdiyi Ukraynanın legitim hökumətinin iştirakı olmadan reallaşa bilməz: “ABŞ Rusiya ilə bağlı bütün danışıqlar zamanı ortaya çıxan bütün suallarla bağlı Ukrayna hökuməti ilə bağlı məsləhətləşmə aparır və razılaşdırır. Ukrayna hökuməti ölkədə demokratik ab-havanın yaradılması, problemlərin həlli yolunda addımlayır. Əsas tələblərdən biri isə Ukrayna sərhəddində dislokasiya olunan Rusiya hərbi birləşmələrinin çıxarılmasıdır. Hazırkı vəziyyət Ukraynanın təzyiq altında saxlamaq, ümumi atmosferaya gərginlik yaratmaq anlamı yaradır. Bu regionda pozitiv ab-havanın yaranmasına mane olmaqdır”. 

ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Serqey Lavrov arasında aparılan danışıqlarda Ukraynadakı gərginliyin diplomatik yollarla həllinə cəhd olunması yollarının aranmasına dair razılıq da əldə olunub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam