Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Sabiq MTN generalı intihara cəhd edib

 

Elçin Quliyevin özünə qəsd etməsini həbsxana nəzarətçiləri əngəlləyiblər

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Anti-Terror Mərkəzinin rəisi, general Elçin Quliyev həbsxanada intihara cəhd edib.

Xeberinfo.com:  Bu barədə JAM.AZ-a etibarlı mənbələrdən məlumat daxil olub. 

Məlumatda deyilir ki, Quliyev özünü saxlanıldığı kameradan asmaq istəyib. Lakin həbsxana nəzarətçilərinin vaxtında yetişməsi sayəsində, generalın istəyi baş tutmayıb. 

Mənbə sabiq baş idarə rəsinin hansı səbəbdən intihara cəhşd etdiyi barədə bilgisiz olduğunu vurğulayıb. O JAM.AZ-a bildirib ki, böyük ehtimalla bu fikrə düşməsinə səbəb həbsxanaya düşməsi ilə barışmamasıdır. Çünki Elçin Quliyevin bir neçə dəfə həbsə düşməsinə dözə bilmədiyi, bunu həzm etmədiyini dilə gətiribmiş. 

Məlumat redaksiyamıza gec daxil olduğundan dəqiqləşdirmək imkanımız olmayıb. Məsələ ilə bağlı əlavə məlumatlar toplayaraq, oxuculara təqdim etməyə çalışacağıq.

Xatırladaq ki, MTN işi ilə əlaqədar olaraq həbs olunanlardan biri, Anti-Terror Mərkəzinin sabiq idarə rəisinin müavini İlqar Əliyev də ötən ilin sonlarında həbsxanada intihar edərək, dünyasını dəyişib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam