Redaktor seçimi
Ağciyər Xəstəlikləri İnstitunda HƏQİQƏTdənkənar özününümayiş:
Binəqədi ziblixanalarında “yuyulan” dövlət vəsaiti:
ON İLLİYİN PROQNOZU –
Monopoliyanı doğuran “Bermud üçbucağı” belə yarandı-
DÜNYA 2018-ə 1,67 TRİLYONLUQ HƏRBİ BÜDCƏ İLƏ GEDİR-
Qorxmaz Hüseynovun qardaşına ağır ittihamlar:
“Broker Əbülfəz”dən yeni xəbər var:
Uzaqgörən siyasət nümunəsi
Günün xəbəri

Ərzaq malları daşıyan yük maşını aşdı.

 

 

     Hacıqabulda yük maşını aşıb, sürücü və iki sərnişin ciddi xəsarət alıb. BDYPİ-dən  verilən məlumata görə, oktyabrın 24-də saat 18.15 radələrində Bakı-Qazax yolunun 112-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində şirniyyat malları daşıyan KAMAZ markalı yük avtomobili idarəetməni itirərək yolun ortasında yerləşən metal səddə çırpılaraq aşıb. Nəticədə sürücü Füzuli rayon Hüseynbəyli kənd sakini 1991-ci il təvəllüdlü Familzadə Aqşin Möhübbət oğlu ağır vəziyyətdə bel fəqərəsinin kompression sınığı diaqnozu ilə əvvəlcə Şirvan şəhər xəstəxanasına, oradan isə Respublika Neyrocərrahiyyə Xəstəxanasına göndərilib. Avtomobildə olan sərnişinlər Füzuli rayonu Yuxarı Veysəlli kənd sakini 1982-ci il təvəllüdlü Mustafayev Davud Cəmil oğlu və İmişli rayonu Qaragüvəncli kənd sakini 1971-ci il təvəllüdlü Əliyev Eynulla Soltan oğlu - hər ikisi döş qəfəsinin əzilməsi diaqnozu ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
 
    Qəza nəticəsində ərzaq məhsullarının məxsus olduğu şirkətə ciddi maddi ziyan dəyib.
 
     Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

 

 

 

 

 


Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?

    Bəli
    Xeyr