Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İDARƏÇİLİYİ, İŞLƏMƏYİ ÖYRƏNİN


 

“Xeberinfo.com”saytında 10.03.2016-cı il tarixdə “Fəlsəfə və Hüquq İnstitutunda nələr baş verir” adında verilmiş yazıya təkrarən, ancaq geniş həcmdə və ətraflı olaraq mövqeyimi bildirmək istəyirəm.

 

Xeberinfo.com:   Hələ körpəlikdən elmə mənim böyük marağım varıydı. Buna nail olmasam da 1997-ci ildə elm insanlarının köməkliyi ilə büdcədən maliyyələşən bir elmi təqiqat institutunun iqtisadi sahəsində vəzifə sahibi oldum. Düz 10 il yüksək səviyyəli alimlərlə işlədim.

Movzuya keçməmişdən əvvəl “ELM” haqqında anlayışa diqqət yetirək. “ELM- insanın əməli və nəzəri fəaliyyətinin spesifik sahəsi; ictimai şüur formalarından biri. Elmin cəmiyyətin məhsuldar qüvvələrinin inkişafına və ictimai həyatın müxtəlif sahələrinə təsirinin sosial nəticələri mühümdür. Elm həmçinin təbiət, cəmiyyət və təfəkkürün inkişaf qanunları haqqında biliklər sistemidir...

Praktikaya bilavasitə münasibəti baxımından ayrı-ayrı Elmlər fundamental və tətbiqi Elmlərə bölünür. Fundamental Elmlərin vəzifəsi təbiət, cəmiyyət və təfəkkürün fəaliyyətini və qarşılıqlı təsirini idarə edən qanunları dərk etməkdir... Tətbiqi Elmlərin blavasitə vəzifəsi fundamental Elmlərin nəticələrinin yalnız idrak məsələlərinə deyil, həmçinin sosial praktik problemlərə tətbiq etməkdir”.

Yuxarıda qeyd etdiyim həmin elmi tədqiqat institutu Elmin tətbiqi elmlər sahəsi üzrə fəaliyyət göstərirdi.

Fundamental və tətbiqi elmlərdə olan maliyyə imkanları (laboratoriyalar, təcrübi sınaq sahələri, büdcədənkənar istehsal-maliyyə fəaliyyəti...) fəlsəfə və hüquq  elmlərində olmasa da dövlət tərəfindən onlara kifayət qədər qayğı göstərilib və indi də göstərilir. Fəlsəfə  elminin “üç mənbəinin-ictimai-siyasi, təbii-elmi, nəzəri hissələri” olmadan dövlət qruculuğu və onun inkişaf etdirilməsi mümkünsüzdür.

“Fəlsəfə ictimai inkişafla təbiətşünaslığın və cəmiyyətşünaslığın son nailiyyətləri ilə sıx bağlı şəkildə inkişaf edir. O konkret elmlər ücün dünyagörüşü rolunu oynayır”.

Bəs respulikadakı Fəlsəfə və Hüquq İnstitutu necə fəaliyyət göstərir? AMEA əməkdaşı Yasəmən Qaraqoyunlu F.və H. İnstitutunda anormal mühit olduğunu bildirib: “Burada alimlərə müxalifət damğası vurulur, “islahat” adıyla həmin alimlərə qarşı kompaniya aparılır. Xeyli vaxtdır iş gedir, öz sözünü deyən, cəmiyyətdə baş verənlərə biganə qalmyan alimlərə qarşı mübarizə aparılır. Alimlər saytlara yazılar yazmaqda ittiham edilir. Saxta diplomlu, plagiatlıqla alim olanlar başa keçib, indi onların yeganə məqsədi həqiqi alimləri, institutda işə can yandıranları, Azərbaycan uğrunda çalışanları Akademiyadan uzaqlaşdırmaqdır”.

Əsassız olaraq vəzifəsindən kənarlaşdırılan fəlsəfə elmləri doktoru Yadigar Türkel junalistlərin suallarına  plagiatlıqla və şər-böhtanla, cinayətlə, mənsəbpərəstliklə məşğul olanlar haqqında   ətraflı məlumat verib.

Əgər Y.Türkel müəyyən qədər “səhv”ə yol veribsə onu kollektiv qarşısında tənqid etmək olar. Onun işdən cıxarılması üçün isə əsaslı dəlilər lazımdır. Axı onun elmlər doktoru olması üçün öz əziyyətləri bir yana qalsın, dövlət küllü məbləğdə vəsait xərcləyib.

Mən onun eimi araşdırmalarını oxumuşam, o, heç kimi təhqir etməyib və idarə etmədə tarixi faktlara əsaslanıb düzgün yol göstərib. İdarə etmə barədə araşdırmalar yazıb mətbuata vermək həmin institutdakı alimlərin vəzifə borclarıdır.

İnstitutdakı bu çəkişmələr onu göstərir ki, institutun müdiriyyəti və onu ətrafına cəmləşənlərin fəlsəfə elmindən və onun dövlətin idarə edilməsində necə rol oynadığından xəbərləri yoxdur. Onlar özlərindən böyüklərə yarınmaqla tutduqları vəzifə kürsülərini müdafiə etməyə çalışırlar. Belə olan şəraitdə şübhə yoxdur ki, səviyyəli alimləri institutdan kənarlaşdırmaq ücün hər növ çirkin üsullardan istifadə edəcəklər və edirlər də.

İçərisində uzun müddət işlədiyim bir elmi tədqiqat institutunda şəxsən tanıdığım Telman İnayət oğlu Nizamovun iş tərübəsini  Fəlsəfə və Hüquq İnstitutunda vəzifə uğrunda çəkişənlərin nəzərinə catdırmaq istəyirəm. T.İ. Nizamov ətrafına savadlı elmi kadrlar toplayıb gecəli-gündüzlü labaratoriyadan çıxmayıb ixtiralarla məşğul olurdu. İşcilərinin əmək haqlarının artırılması, mükafatlandırılması daim onun nəzarətində idi.

 Dəyərli ixtiralarına və saglam düşüncəsinə, əvəzsiz şəxsi keyfiyyətlərinə görə onu Azərbaycan Milli Aviasiya Akademiyasına dəvət etdilər. “Avtanom hidroakustik informasiya sistemi”nin əsas yaradıcısı, dünyada analoqu olmayan  “BAİL-I” avtomatik elektrik qızdırıcısı sisteminin ixtiraçısı T.İ.Nizamovdur. 1990-cı ildə tədqiqatçiların bir qrupu “Avtonom hidroakustik informasiya sistemi” qurğusu Azərbaycan Dövlət mükafatına layiq görülübdür. Bundan başqa “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasında İnnovasiya Texnologiyaları əsasında aparılan işləmələrində ozonun respublikada ilk dəfə aviasiyada, tibbidə, kənd təsərrüfatı və sair sahələrdə aidiyyatı üzrə istifadəsi zamanı müsbət nəticələrin alınması T.İ.Nizamovun fasiləsiz gərgin əməyinin hesabına olubdur.

Telman İnayət oğlu artıq AMAA-da Azərbaycan Milli Aviasiya Akademiyası Elmi Tədqiqat Nəqliyyat və Aerokosmik Problemləri İnstitutu Konstruktor Bürosunun rəisi vəzifəsində işləyir. Həm taxıl toxumlarının səpindən qabaq işlənilməsində, həm də genbank tədqiqatlarında cox ciddi elmi axtarışların aparılmasına, ozonlaşdırmanın optimal dozalarının və bu dozaları əldə etməyə imkan verən qurguların və texnologiyaların hazırlanması üzrə tələb olunan layihənin tətbiqinin müəllifi, texnika elmləri doktoru Milli Aviyasiya Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, hazırkı istehsalata tətbiqində özünü doğruldan bir sıra ixtiralarına görə Mühəndislik Rəşadəti Qızıl madalının sahibi olmuş Telman İnayət oğlu Nizamov artıq respublikada görkəmli şəxsiyyətdir.

Əsas bir cəhəti nəzərdən qaçırmayaq ki, dialektikanın ən mühüm qanun və kateqoriyalarının təhlilini vermiş, dialektika, məntiq və idrak nəzəriyyəsinin vəhdəti tezisini əsaslandırmış,ilk dfə fəlsəfə tarixində dialektik məntiq sistemini geniş izah edən alman filosofu Georq Vilhelm  Fridrix  Hegeli  İlham Məmmədzadə  hələ tələbəlik illərində ikən çox yox, azca  mənimsəmiş olsaydı  bu günkü vəziyyətdə Azərbaycanın yeganə Fəlsəfə və Hüquq İnstitutunda xoşagəlməz hadisələr baş verməzdi.

Mən faktları önə çəkib və hər iki elmi müəssisənin fəaliyyətlərini nəzərə catdırmaqla onu demək istəyirəm ki, Fəlsəfə və Hüquq İnstitununelmi əməkdaşları fəlsəfə konkret elmlər üçün dünya görüşü  rolunu oynadığını anlayıb  məsuliyyətlərinilazımınca dərk etsinlər.

Yaxşı olardı ki, Fəlsəfə və Hüquq İnstitunun direktoru İlham Məmmədzadə elm müəssisəsində işlərini qaydaya salmaq və idarə etməni tam mənimsəməsi üçün Azərbaycan Milli  Elmlər Akademiyasının və bir neçə Beynəlxalq Akademiyanın akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor, SSRİ ixtiraçısı, Azərbaycan Dövlət mükafatı laureatı, “Azərbaycan Hava Yolları” Dövlət Konserni Milli Aviasiya Akademiyası rektorunun  bir neçə ay müddətində abituriyenti-dinləyicisi olub ondan məsləhət də alsın, işləməyi və işlədiyi insanlarla rəftarı isə AMAA-nın akademiki, Mühəndislik Rəşadəti Qızıl medal sahibi Telman İnayət oğlu Nizamovdan öyrənsin.

İ.Məmmədzadə hakimiyyətə və özündən böyük iri kürsü sahiblərinə yarınmaqla və tabeliyindəki səviyyəli elm insanlarını vəzifəsindən azad etməklə məşğul olmamalı, Müstəqilliyimizi əbədiləşdirmək və möhkəmləndirmək üçün İnstitutun elmi potensialından istifadə edib Respublika hakimiyyətinə kömək etməlidir.

Əgər İnstitutun rəhbərliyi Yadigar Türkelin və Yasəmən Qaraqoyunlunun ifadələrini nəzərə alıb təcili tədbirlər görməzsə əvəzsiz F.və H. İnstitutu çürüyə bilər. Dövlət tərəfindən verilən çörəyi dişləmək, dişləmək üçün işləmək, işləmək üçün isə idarə etməni öyrənmək lazımdır.

Fəlsəfə elmi sahəsində Yadigar Türkeldə olan səviyyənin üçdən biri (33.33 %) məndə olsaydı elmi xəzinə qazanmış olardım. Kənd təsərrüfatı institutunun iqtisadiyyat fakultəsini fərqlənmə diplomu ilə başa vurub iki il istehsalatda işlədikdən sonra, 1970-cu ildə BDU-nun iqtisadiyyat fakultəsinə qəbul olunmaq üçün müraciət ünvanladım. Universitetdən “ümümi əsaslarla qəbul oluna bilərsiniz” kimi səviyyəsiz cavab aldım.

 

                                   VAR

 

Xalqımızın deyimlərindən: ”Əqidə olan yerdə ədavət yox,

ədalət olar”, və yaxud ”Haqq olmayan yerdə haqsızlıq olar”.

 

Ulduzlu aləmə agah eylədi,

Bu sivil dünyaya əyan eylədi,

Güvəndi elminə bəyan eylədi,

Türkeltək soyadda sayılan da var,

Yadigar adında tanınan da  var.

 

Önəmli dərs verir siyasətində,

İdrakı bəllidir tərcüməsində,

Məqsədi dərindir “Məmməd Əmin”də,

Məmmədən yadigar yazılar da var,

Türkeldən tərcümə  kitablar da var.

 

Tanrının sirrini çözə bilməzlər,

Hegelin kəşfini dana bilməzlər,

Türkelin əzmini yenə bilməzlər,

Haqqına tapınan əzilməz də var,

Elminə söykənən əyilməz də var.

 

Həmrəydir bəşərlə azad Türk  elim,

Dəstəkdir elmiylə haqqa Türkelim,

Şöhrətdir adıyla bizə Türk  dilim,

“...Qobustan” rəsmindən yazanlar da var,

Əjdər Fərzəlitək alimlər də var.

 

Sözünü göyərtdi Qaraqoyunlu,

Düzünü söylədi   ətəyi dolu,

Güclüdü tənqidi, düzlükdü yolu,

Bir kişi qeyrətdə Yasəmən də var,

Mərifət elmində fərqlənən də var.

 

Örpəyi qeyrətdi ağıl çaşdırır,

Tənqidi şimşəkdi göz qamaşdırır,

Məramı zəhmətdi haqq araşdırır,

Qılıncı dilində bir kəsən də var,

Həqiqət genində Yasəmən də var.

 

Bəsirət dərslədi barışmadılar,

Əyalət səslədi anlaşmadılar,

Ləyaqət dərdlədi qovuşmadılar,

İdarə etməni bilməzlər də var,

Bilməyib direktor olanlar da var.

 

Bəndəsi bezibdi yalaq evində,

Əməli utancdı toxtaq elində,

Dəstəsi çəlikdi axsaq əlində,

Bəllidir hüquqda yalanlar da var,

Elmi titulları alanlar da var.

 

Fikrini söyləmə sayta ötürmə,

Məqalə işləmə qəzetə vermə,

Nahaqqa ilişmə tənqidə getmə,

Təzyiqdən işini itirən də var,

İki qat əyilən, bezikən də var.

Toxtaq sözü –dayanıqlı, durumlu, möhkəm mənasındadır.

 

Əjdər Fərzəli “Gəmiqaya-Qobustan mədəniyyətinin işığında” kitabının müəllifidir. Ə.Fərzəlinin fikrincə “Gəmiqaya-Qobustan əlifbası” Azərbaycan xalqının zəngin mədəni keçmişinin parlaq aynası,tarixi hünəri,...əzəldən türk soylu xalq kimi heç vaxt heç bir assimilyasiyadan törəmə olmadığını təsdiq və bu sahədə bütün şübhələri darmadağın edən danılmaz, dəqiq elmi sübutdur.

 

 

Quliyev Elxan Sarı o.                         


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam