Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"İqtisadiyyat bu ildən başlayaraq tənəzzülə qədəm qoyub"

qubad-ibadogluXeberinfo.com:   Tanınmış iqtisadçı Qubad İbadoğlu ölkə iqtisadiyyatının hazırkı vəziyyəti ilə bağlı növbəti status paylaşıb: “İqtisadi göstəricilər həyəcan, hökümət isə bayram təbili çalır. Azərbaycan iqtisadiyyatı bu ildən başlayaraq tənəzzülə qədəm qoyub. Ilk iki ayda Ümumi Daxili Məhsul (ÜDM) əvvəlki ilin eyni dövrü ilə müqayisədə bütövlükdə 3,2 faiz, o cümlədən qeyri-neft ÜDM-i 5,5 faiz aşağı düşüb. Bu dövr ərzində tikinti quraşdırma işləri ötən ilə nisbətən 33,4 faiz, nəqliyyatda yük daşıması 5,3 faiz azalıb. İlin ilk ayında dövlət büdcəsinin nəzərdə tutulan gəlirlərinin hər 5 manatından 4-ü toplanıb, planlaşdırılan xərclərin isə hər 5 manatından 2-si icra olunub.
Bu ilin ilk ayında xarici ticarət dövriyyəsinin həcmi ötən ilki səviyyəsinin dördə üçünü təşkil edib. Qeyri-neft ixracatı isə həmin dövrlə müqayisədə demək olar ki, yarıbayarı azalıb. Qərarlaşmış tendensiyalar arasında ən çox narahatlıq doğuran dərin tənəzzül meyllərinin daha çox qeyri-neft bölməsinin istehsalında və ixracatında müşahidə olunmasıdır.
Dövr ərzində istehlak qiymətləri indeksi 11,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,8 faiz, qeyri-ərzaq məhsullarının 15,7 faiz artıb. Bunun qarşılığında isə əhalinin gəlirləri 10 faiz artıb. Artıq hətta ümumi inflyasiya səviyyəsi əhalinin hətta nominal gəlirlərinin artımını belə qabaqlamağa başlayıb. Bu müddət ərzində xidmətlər və pərakəndə ticarət dövriyyəsində qeydə alınan artımı da daha çox qiymətlərin bahalaşması şərtləndirib.
Kapital bazarında ilk 2 ayda kredit qoyuluşlarının 14 faiz artması müqabilində problemli kreditlərin artım sürəti onu 2 dəfə üstələyərək 27,5 faiz olub.
Göründüyü kimi, ilin ilk iki ayının müxtəlif nəticələrində qərarlaşmış mənfi tendensiyalar milli iqtisadiyyatın cağdaş durumunun ağır vəziyyətdə olduğunu təsdiq edir. Təqdim olunan rəsmi göstəricilər iqtisadiyyatdakı böhranın getdikcə şaxələndiyini, daha çox qeyri-neft istehsal bölməsinə, kapital, investisiya və maliyyə bazarlarına siyarət etdiyini, nəticədə də əhalinin sosial vəziyyətini pisləşdirdiyini göstərir.
Bu ilin start göstəricilərinin mənfi yöndə formalaşması Azərbaycan hökümətindən təxirəsalınmaz tədbirlər tələb edir. Hökümət isə həmişəki kimi gecikir, hələ də cari il üçün nə böhran qabaqlayıcı proqrama və nə də böhran dövründə tədbirlər planına və çevik idarəetmə strukturuna malik deyil. Bununla yanaşı, hökümətin son zamanlar atdığı bir sıra addımlar kompleks islahat proqramının və sistemli yanaşmanın tərkib hissəsi olmadığına görə ciddi effekt vermir. Tənəzzül isə artıq üçüncü aydır ki, davam edir, hökümət isə müddətinə görə anoloqu olmayan bayram tətili keçirir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam