Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

500 məktəbin direktoru vəzifəsi boşdur

tehsil_nazirliyi“Direktor vəzifəsi üzrə təxminən 500-ə yaxın vakant yer var”

Xeberinfo.com:  Bunu Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdiri İlham Nağıyev bu gün ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə yeni qaydaların təsdiqi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

İ. Nağıyev bildirib ki, təsdiq olunan yeni qaydalara əsasən, ümumi təhsil müəssisələrinin vakant olan direktor vəzifələrinin tutulması üçün Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə keçiriləcək və 4 mərhələdən ibarət olacaq bu müsabiqənin mart, aprel ayları ərzində keçirilməsi nəzərdə tutulur: “ Yeni qaydalara görə, direktor vəzifəsinin tutulması üzrə müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik hər bir şəxs iştirak edə bilər. Bu şəxslər müsabiqədə iştirak üçün qeydiyyatda olduğu və ya faktiki yaşadığı rayon ( şəhər) məktəblərinin vakant olan direktor vəzifəsini seçə bilər”.

Şöbə müdiri əlavə edib ki, artıq direktor olmaq istəyənlər Rayon və ya Şəhər Təhsil Şöbəsinin təqdimatı əsasında deyil, özü könüllü olaraq sənəd verə biləcək.

İ. Nağıyev bildirib ki, sabahdan direktor vəzifəsi üzrə vakant yerlər elan ediləcək: “Təxminən 500-ə yaxın vakant yer var. Rayon yerlərində vakant yerlər şəhərlərə nisbətən daha çoxdur. Sənəd qəbulu isə aprelin əvvəlinə kimi davam edəcək”.

Şöbə müdirinin sözlərinə görə, “Ümumi təhsil müəssisələrində rəhbər vəzifələrə namizədlərin müəyyənləşdirilməsi üzrə təlim kursları” nın əhatə etdiyi rayon və şəhərlərdə direktorların işə qəbulu üzrə müsabiqəyə bu kursları bitirərək “Uğur sertifikatı” əldə etmiş şəxslər birbaşa müsabiqənin dördüncü mərhələsinə ( müsahibə) keçəcəklər.

Şöbə müdiri sonda onu da qeyd edib ki, direktor olmaq istəyən şəxslərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi, maliyyə və statistika sahəsində test tapşırıqlarını cavablandırmaqla yanaşı, həm də əvvəlcədən təqdim edilmiş mövzu üzrə esse yazmaq tələb olunur. (Lent.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam