Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

“Sovetski”nin bu günki vəziyyəti

 

      “Sovetski” sakinləri hökumətdən cavab gözləyir

 

     Onlar veriləcək kompensasiya ilə Bakıda mənzil tapa bilmirlər

 

xeberinfo.com: “Bakının “Sovetski” məhəlləsində inventarlaşma dayanmayıb, sadəcə, Novruz bayramı ilə bağlı fasilə verilmişdi”. Bunu baş nazirin müavini Abid Şərifov söyləyib. Bu gündən inventarlaşma prosesinin davam edəcəyini deyən A.Şərifov inventarlaşmanın yalnız köçmək istəyən sakinlərin evləri və obyektləri ilə bağlı aparıldığını da bildirib: “Yalnız kim bizə müraciət edir, həmin sakinlərin evlərinin və obyektlərinin sahəsi ölçülür. Kim köçmək istəmirsə, qalıb evlərində yaşaya bilər”.

Baş nazirin müavini nəzərə çatdırıb ki, martın 19-na qədər “Sovetski” məhəlləsində yaşayan 302 ailə kompensasiya ilə bağlı müraciət edib. Komissiya tərəfindən bu müraciətlərdən 166-na baxılaraq həll olunub, 73 obyektin pulu artıq ödənilib. Onun sözlərinə görə, hər gün köçürmə ilə bağlı yaradılmış komissiyaya 10-15 müraciət daxil olub və bu gündən yenə müraciətlərin daxil olmasına başlanıb.

A.Şərifov evlərinin sahəsi az olan sakinlərlə bağlı məsələyə inventarlaşma prosesi başa çatandan sonra baxılacağını qeyd edib.

Xatırladaq ki, martın 3-də keçirilən görüşdə A.Şərifov hökumətin 1 kvadrat metr üçün 1500 manat təklifinin qüvvədə qaldığını, əlavə olaraq köçməyə razılaşan ailələrə 1400 manat (iki aylıq 1000 manat kirayə haqqı və ev əşyalarının daşınması üçün 400 manat) veriləcəyini bildirib.

“Sovetski” sakinləri “Azadlıq”a açıqlamasında bildirdilər ki, hökumətin təklif etdiyi məbləğlə çox az adam razılaşıb: “O adamlar 1500 manatla razılaşıblar ki, onların mənzillərinin sahəsi böyükdür. Evi kiçik olanalr isə hələ də gözləmə mövqeyindədir. Çünki veriləcək kompensasiya ilə heç yerdə mənzil almaq olmaz. “Sovetski” 10 minə yaxın evin sahəsi 10-30 kvadrat metr arasındadır. Bu da 15-45 min manat arası kompensasiya edir. Bu məbləğlə heç yerdə ev almaq mümkün deyil”.

Sakinlərin sözlərinə görə, dəfələrlə Yasamal rayon icra hakimiyyətində və başqa rəsmilərlə görüşdə hökumətə öz təkliflərini veriblər: “Biz dedik ki, “Sovetski”də yeni tikilən binalarda bizə mənzil verin. Ancaq buna razı deyillər. Bunu etmirlərsə onda kvadratı az olanlara 4-5 min manatdan kompensasiya ödənilsin. Çünki burada tikilən binalarda təmirsiz evlərin kvadratı 4 min manatdan aşağı deyil. “Sovetski”dəki evlərin sahəsi kiçik olsa da yerinə görə mərkəzdir. Şəhərin istənilən yerinə burdan getmək asandır”.

“Bizə normal pul versinlər. İki-üç gündən bir “JEK”in işçiləri gəlib deyirlər ki, camaat köçür, siz çıxmırsınız? Biz hara gedək? 18 kvadrat metr sahasi olan mənzilim var. 27 min manat pul veriləcək. 27 minə harada gedim ev alım. Neçə gündür bakını ələk-vələk edirik, ancaq ev tapa bilmirik. Mikrorayonlarda bir otaqlı mənzil 55-60 min manatdır. İlk gündən demişik ki, bizə mənzil verilsin. Evimizin sahəsi nə qədər o ölçüdə istəyirik. Demirik ki, bizə villa verilsin. Bu cür təkliflə heç nə edə bilməyəcəyik”, - deyə 50 ildir “Sovetski”də yaşayan Gülçöhrə Həsənova deyir.

Başqa bir sakin Fuad Dərgahov da ona veriləcək kompensasiya ilə ev ala bilməyəcəyini söyləyir. 16 kvadrat metr sahəsi olan Dərgahova 24 min manat kompensasiya ödəniləcək ki, o da həmin vəsaitlə heç yerdə mənzil tapa bilmir: “Evimin sahəsi 100 kvadrat metr olsaydı çoxdan bu məbləğlə razılaşardım. Ancaq 24 min manata heç nə edə bilmərəm. Ev versinlər, günü bu gün köçməyə hazıram”.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam