Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Ermənistan ordusunun sirrləri açıldı - DOSYE

 

 

Məşhur rusiyalı ekspert, Siyasi və Hərbi Analiz üzrə İnstitutun direktor müavini Aleksandr Xramçixin “Sualları olan forpost” adlı məqaləsində faktiki olaraq Ermənistan ordusunun tərkibi haqda ifşaedici faktlar açıqlayıb. 

Xeberinfo.com:  Yazıda Ermənistanın quru qoşunlarının beş korpusdan ibarət olduğu qeyd edilib:

- Birinci ordu korpusu. (Qərargah Gorus şəhərində yerləşir) tərkibində ikinci motoatıcı briqada, 522-ci (Sisiyan) və 539 (Aqrak) motoatıcı alay, tank, kəşfiyyat və Maddi-texniki təchizat (MTT) batalyonları. 

- İkinci ordu korpusu. (Karacahyur) - 555-ci motoatıcı alayı, tank və kəşfiyyat batalyonları, artilleriya diviziyası. 

- Üçüncü ordu korpusu. (Vanadzor) – 3-cü (Vanadzor), 246 (İcevan), 543-cü (Noyamberyan) və 549-cu (Çambarak) motoatıcı alayları, tank, əlaqə, MTT və kəşfiyyat batalyonları, reaktiv və artilleriya diviziyaları. 

- Dördüncü ordu korpusu. (Yexeqnadzor) – 527-ci motoatıcı alay (Vaik), özüyeriyən artilleriya diviziyası, əlaqə batalyonu. 

- Beşinci ordu koprusu. (Nubaraşen) – 9-cu gücləndirilmiş rayon, 4-cü (İrəvan) və 545-ci (Nurabaşen) motoatıcı alay. 

Bundan əlavə, Ermənistan silahlı qüvvələrinin tərkibində 535-ci (təlim), 23-cü xüsusi təyinatlı, raket, artilleriya, zenit-raket, radio texniki briqadaları, motoatıcı, özüyeriyən artilleriya, tank əleyhinə artilleriya, 531-ci zenit-raket, rabitə, mühəndis – minaaxtaran, MTT alayları, həmçinin 7-ci gücləndirilmiş rayon (Gümrü) var. 

“Dağlıq Qarabağ Respublikası” və Azərbaycanın işğal altında olan torpaqlarında 2 motoatıcı alayın briqadaları ilə yanaşı, 83-cü motoatıcı briqada (Daşkesan) və 538-ci alay (Aqdaban) da dislokasiya olunub.

Ermənistan Silahlı Qüvvələrinin silahları arasında “8 PU OTR P-17” (32 raket), ən azı iki “Toçka PU” var. Ermənistan ordusunun tank parkı 137 ədəd `Т-72` və 8 `T-55` tipli tanklardan ibarətdir. Bundan əlavə, 120 ədəd “BRDM-2”, 12 ədəd “BRM – 1K”, 10 ədəd “BMD-1”, və 8 ədəd “BMP-1K”, 5 ədəd “BMP-2”, həmçinin 200 ədəddən çox “BTR” – 6 ədəd “BTR – 152”, 19 ədəd “BTR – 60”, 54 ədəd “BTR – 70”, 114 ədəd “BTR – 80” və 40-ə qədər “MTLB” “BRM – 1K”, “BMP – 1”, “BTR - 152/60/70”-in əhəmiyyətli hissələri Silahlı qüvvələrin deyil, DİN və sərhəd qoşunlarının ixtiyarındadır. Lakin müharibə olacağı təqdirdə onlar avtomatik olaraq Ermənistan Silahlı Qüvvələrinin ixtiyarına keçəcək. 

Artilleriya qoşunlarının silahları: 38 ədəd SAU – 10 ədəd “2С1”, 28 ədəd “2С3”, 147 buksir silahları 85 ədəd “D-30”, 26 ədəd “2А36”, 34 ədəd “D-20”, 2 “D-1”, təxminən 80 minaatan – 19 “PM38”, 62-yə qədər “M-43”, 51 “RZSO – 47 BM-21”, 4 “WM-80” (Ermənistan Çindən sonra “RZSO” orduda bu silahlardan istifadə edən yeganə ölkədir). 
Yaxın vaxtlarda Rusiyadan “Smerç” RSZO və “TOS-1A” qurğuları alınacaq. 

Ermənistan ordusunda 9-dan 20-yə qədər “Molyutka”, 12 “Fraqat”, 10 “Konkurs”, 27 özüyeriyən “Şturm – S”, 71 tank əleyhinə silah – 35 ədəd “D-44”, 36 ədəd “MT-12” silahı var. 
Hava Hücumundan Müdafiə Qüvvələrində 6-9 “ZRK Osa”, 48 “Strela – 10”, 30 “Strela-1”, 200-ə yaxın zenit raket kompleksi əleyhinə “Strela-2” və 90 “İqla”, 48 ZSU “Şilka” var.
Bundan əlavə, Rusiya ilə “İqla-S” kompleksinin alınmasına dair də razılaşma var. 

Ermənistan Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qüvvələrinin (HHMQ) üç hərbi bazası ( Gümrü, Arzni, Erebuni), bir avtomobil dəstəsi, 96-cı zenit-raket briqadası, iki zenit-raket alayı mövcuddur. Bundan başqa ordunun 15 “Su-25” tipli təyyarəsi, 1 “MiQ-25PD” var.

Nəqliyyat təyyarələri: 3 – “İl-76”, 3-6 “An -24” və “An-32”

Təlim təyyarələri: 6 ədəd “L-39”, 10-14 “YAK-55”, beşə qədər “YAK-18T”. 

Helikopterlər: 12 ədəd “Mi-24”. 

Çox hədəfli: 11-20 ədəd Ми-8/17, 8-9 ədəd “Mi-2”.



Yerüstü HHQM tərkibində 3 divizion var (36 PU) ZRS S-300PT və iki divizion (24 PU) S-300PS, 1 divizion ZRK S-75 (6 PU), 5 divizion S-125 (20 PU), 3 ZRK «Kruq» (27 PU).
Xramçixin dərc etdiyi məlumatlarda Qondarma “Dağlıq Qarabağ Respublikası”nın quru qoşunlarının sayı açıqlayıb. 

Böyük ehtimalla bu “Silahlı qüvvələr”in tərkibində 140 “T-72” tankı, 34-ə qədər “T-55”, 5 “BRM-1K” 80 “BMP-1”, 153 “BMP-2”, 9 “BTR-70” 12 ədəd “SAU 2S1” və “2S3”, 100-ə qədər “M-30”, “D-30”, “16 D1”, təxminən 50 ədəd “D-20” və “2A36”, 24 “RSZO BM-21”, ən azı 6 özüyeriyən PTRK “Sturm-S” və “BRDM-2”, 6 ədəd “Osa” ZRK və “Şilka” ZSU və bir neçə “Strela-10” var. 

Qondarma qurumun HHQ və HHMQ-nin bir ədəd “ZRS S-300PS” və “KUB” ZRK, “Kruq” ZRK-nın 5-6 batarya, “Su-25” tipli iki qırıcı, 3 hərbi “Mi-24” və beç “Mi-8” tipli helikopter var. 

Ümumilikdə, Xramçixin hesab edir ki, Ermənistan və “Dağlıq Qarabağ Respublikası” Silahlı qüvvələrinin ümumi potensialı Azərbaycanın Silahlı Qüvvələrinin hücumunu dəf etməyə imkan verir. Lakin bu tendensiya heç də yaxşı deyil. Azərbaycan daha geniş iqtisadi imkanlara malikdir. Məqalədə Azərbaycan Ordusunun Ermənistandan güclü olduğu qeyd edilib.

Məqalədə bildirilib ki, Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazası yerləşir. Onun tərkibində 123, 124, 128-ci motoatıcı, 992-ci artilleriya və 988-ci zenit-raket alayları, 3624-cü aviabaza (Erebuni aerodromu) və digər dəstələr yerləşir. 

Bazada 100 “T-72” tankı, təxminən 150 “BMP – 1.2” və BTR 70-80, 18 SAU 2S1 və “haubiç D-30”, 27 “BM-27” minaatan, 18 RZSO BM-21 “QRAD” və BM-30 “Smerts”12 özüyeriyən “Konkurs” PTRK və “MT-12 PTO”, 1 divizion ZRS S-300B və “Buk-M1” ZRK, 6 “Strela-10”ZRK, 6 “Şılka” ZSU, 18 ədəd MiQ-29 qırıcısı, 8 ədəd “Mi-24” və “mi-8” helikopteri var.

““Ermənistanın müstəqilliyinin bütün dövrlərində ölkədə Rusiya bazasının olması və NATO-dan dəstək alınması yaxşı olmazdımı” fikri ətrafında ictimai-siyasi diskussiya aparılır. Son 8 ildə baş verən hadisələr göstərir ki, Rusiya ilə ittifaq xarici təcavüzdən müdafiə rolunu oynayır. Lakin Şimali Atlantik Alyansı isə ölkənin müdafiəsinə dair təminat vermir və bunu qəbul etmək lazımdır. 

Rusiya üçün 102-ci hərbi bazanın çıxarılması müəyyən narahatlıq yaratsa da, bu, Ermənistan üçün əsl faciə ola bilər”, - deyə ekspert hesab edir. 

Onun sözlərinə görə, hazırda regionda yeni geosiyasi vəziyyət yaranıb. Ankara və Moskva arasında çoxillik roman əvvəldən də gözlənildiyi kimi ayrılıqla bitdi. Əgər Rusiya öz ərazisindən Türkiyəyə zərbə endirmək istəsə, onda Ermənistan - Türkiyə sərhədində yerləşən 102-ci hərbi baza mühüm rol oynayacaq. Əgər Türkiyə o bazaya hücum etsə, onda Ermənistanda müharibəyə qoşulmalı olacaq. Hərbi baza məhz onun ərazisində yerləşir. Əgər Ankara şimal-şərq cəbhəsini açmaq istəməsə, onda Moskva və İrəvan üçün ciddi dilemma – 102-ci hərbi baza və ya Ermənistan Silahlı Qüvvələrinin müharibəyə cəlb olunması məsələsi gündəmə gələcək. Hətta onların birgə potensialı Türkiyə tərəfinə ciddi şəkildə uduzsa belə, bu halda Ankara bütün istiqamətlərdə döyüşməli olacaq. Bu da çox ciddi problem olacaq. 

Bundan əlavə Ermənistanda 30-dan çox müdafiə xarakterli müəssisəsə var. Orada müxtəlif təyinatlı cihazlar və avadanlıqlar istehsal edən müəssisə mövcuddur. Lakin bu məhsullar son anlamda silah hesab edilmir. 

Postsovet dövrü ərzində xeyli sayda atıcı silahlar, reaktiv qranatlar atan “N-2” yüngül sistemi, “Krunk” uçan pilotsuz aparatı alınıb. Ümumilikdə, Ermənistan tamamilə idxalından asılıdır. 

Rusiyalı ekspertin bu açıqlamaları erməni tərəfini ciddi şəkildə narahat edib. “Aleksandr Xramçixin bunu etməklə kimin dəyirmanına su tökür?”, deyə hərbi ekspert Arkadiy Qriqoryan məsələni “Novosti Armeniya”ya şərh edərkən bildirib. 

Onun sözlərinə görə, ilk baxışda Xramçixin Ermənistan Silahlı Qüvvələrindən müsbət danışsa da, onun orduya məxsus silahları sadalaması yolverilməzdir. 

 

Azvision.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam