Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Ucarın notariusundan şikayət

 

Xeberinfo.com:  Ucar rayonu Zərdabi küçəsi döngə 3 ev 25 də daimi qeydiyyatda olan, hazırda Bərdənin Mollalı kəndində yaşayan 2-ci qrup əlil Mustafayev Azər Ağamirzə oğlu VİZUAL.az-a şikayət ərizəsi yazıb. Ərizədə deyilir:

"Ucar rayon Notariat Kontorunun rəisi Elman Cəlalov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rüşvət alıb saxtakarlıqla mənə məxsus evimin satılamasına dair saxta alqı-satqı müqaviləsi tərtib etməklə cinayət əməli törətmişdir.

Belə ki, Muradova Çinarə Muradxan qızı ilə 04 dekabr 1999-cu il tarixdə bağlanmış nigah müqaviləsinə Ucar rayon məhkəməsinin 16 fevral 2011-ci il tarixdə xitam verilmişdi.Çinarə Muradova ilə birgə nigahdan iki övladımız olmuşdur.Birgə nigah zamanı torpaq götürüb 3 otaqlı ev tikdirmişdim ki, həmin evin yarı hissəsi mənim yarı hissəsi isə onun idi.

Belə razılığa gəldik ki, evi Çinarə Muradovaya verirəm və məndən aliment tələb etməyəcək.Buna görə Çinarə Muradovanın ərizəsi əsasında Ucar rayon Məhkəməsi 28 mart 2011-ci il tarixdə qərardad çıxartdı.Sonra mən , Çinarə və onun atası ilə Ucar rayon Notariat kontoruna getdim orada mənə vərəqlərə imza etdirdilər.

Bundan sonra mən başqa şəxslə ailə həyatı qurub Bərdə rayonun Mollalı kəndində yaşamağa başladım.Bundan 3 il sonra Çinarə Muradova Ucar rayon Məhkəməsində iddia qldırıb uşaqlara aliment verilməsini məndən tələb etdi.Mən məhkəmədə bildirdim ki, bizim razılığımız var ki, mülkiyyətimdə olan Ucar rayon Zərdabi küçəsindəki 3 otaqlı evimi ona vermişəm ki, aliment ödəməyim və buna dair Ucar rayon məhkəməsinin 28 mart 2011-ci il tarixli qərardadı var.

Ancaq məhkəmə bunu nəzərə almadı.Həmçinin apellyasiya və ali məhkəmədə bunu nəzərə almadı ki, bu ciddi qanunsuzluqdur.Mən də elə bilirdim ki, həmin evi bağışlama müqaviləsi ilə Çinarənin adına sənədləşdiriblər.Sonradan bu yaxınlarda bilmişəm ki, Çinarənin atası Muradxan Ucar rayon Notariat kontorunun rəisi Elman Cəlalovla əvvəlcədən danışıb razılaşıb mənim savadsızlığımdan sui-istifadə edib saxtakarlıq yolu ilə alqı-satqı müqaviləsi tərtib edib mənə imza etdirmişdilər.

Guya mən həmin evi Çinarəyə 8000 manata satmışam.Bu qatı cinayət əməlidir ki, Ucar rayon notarusu Elman Cəlalov rüşvət alaraq törətmişdir.Sual olunur əgər mən məhkəmə qərardadı ilə evi aliment verməmək müqavilində Çinarə Muradovaya verirəmsə bundan sonra nəyə görə ona həmin evi satmalıyam ? Həmçinin aliment tələb edən zaman nəyə görə Çinarə Muradova ifadəsində göst ərməyib ki, evi ona alqı-satqı müqaviləsi ilə satmışam ?

Çünki bu alqı-satqı müqaviləsi tam saxtakarlıqla edilmişdir ki, buna görə Ucar rayon notariusu Elman Cəlalov cinayət məsuliyyətinə cəlb edilib həbsə atılmalıdır.Mən bu barədə məhkəmədə iddia qaldırmaqla yanaşı cianyət törətmiş korrupsioner notarus Elman Cəlalovun saxtakarlığı barədə mərkəzi orqanlara şikayətlər etmişəm.Mətbuat vasitəsi ilə də Prezident cənab İlham Əliyevə, Ədliyyə Naziri cənab Fikrət Məmmədova, Qeydiyyat və Notariat baş İdarəsinin rəisi cənab İlqar Məmmədova müraciət edib xahiş edirəm cinayət əməlləri ilə məşğul olan korrupsioner notarus Elman Cəlalovun barəsində qanunu tədbirlər görəsiniz".

Qarşı tərəfi də dinləməyə hazırıq... 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam