Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Supermarketə basqın: nəzarətçini yaraladılar

basqin

 

Bakıda iri supermarketə basqın olub.

Xeberinfo.com:  Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, “GrandMart”da baş verib. Naməlum şəxs supermarketin Vladislav Plotnikov küçəsinə çıxan əlavə qapısından içəri girərək, kassaya yaxınlaşıb və pul tələb edib. Marketin əməkdaşları pulu verməkdən imtina ediblər və müqavimət göstəriblər. Basqınçı işçilərə gücünün çatmadığını gördükdə cibindəki bıçağı çıxarıb. Hadisə nəticəsində supermarketin nəzarətçisi hər iki əlindən bıçaq xəsarətləri alıb.

Basqınçı isə istəyinə nail ola bilməyib və supermarketin əməkdaşları tərəfindən zərərsizləşdirilib. O, saxlanılaraq, polisə təhvil verilib. Polis əməkdaşları hadisə yerində müayinələr aparıblar, supermarket əməkdaşları və şahidlərin ifadələri alınıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam