Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

İcra başçısı villasında çalışdırdığı fəhlələrin pulunu vermir - Qalmaqal

bitmap-img6

 

 

Mübariz Ağayev rayonun Hüngütlü kəndində inşa etdirdiyi villasında ümumi qiyməti 100 min dollar olan kombi sitemi quraşdırıb.
Xeberinfo.com:  Lakin bir neçə aydır ki, fəhlələrin muzdunu vermir
Göyçayın icra başçısı Mübariz Ağayev Hüngütlü kəndindəki villasında çalışdırdığı fəhlələrin pulunu bir neçə aydır ki, vermir. Bu barədə AzFakt.com saytını pulunu ala bilməyən ustalardan biri məlumatlandırıb.  
Ustanın bildirdiyinə görə onun briqadası Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev rayonun Hüngütlü kəndində inşa etdirdiyi villasında ümumi qiyməti 100 min dollar olan kombi sitemi quraşdırıb. Lakin bir neçə aydır ki, fəhlələrin muzdunu vermir. Mübariz Ağayev bunu hələlik maddi vəziyyətinin ağır olması ilə əlaqələndirir və çalışanlardan xahiş edir ki, ona bir müddət möhlət versinlər.
Saytımıza şikayətçi düşən usta isə bildirib onların artıq gözləmək kimi fikirləri yoxdur. Çünki noyabrda alacaqları pul artıq dəyərini itirib. Mübariz Ağayev isə onlara dəyən ziyanı ödəməyəcək.
Mənbə qeyd edir ki, Mübariz Ağayev Hüngütlü kəndində villanı Göyçaya təyinat alan kimi inşa etdirməyə başlayıb. Mübariz Ağayevin inşa etdirdiyi villanın qonşuluğunda isə Nəqliyyat naziri Ziya Məmmmədovun möhtəşəm villası yerləşir. Həmin ərazidə həmçinin Mübariz Ağayevin sələfi, hazırda Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun da villası var. Mənbə bildirir ki, Mübariz Ağayevin villasının dəyəri 1 milyon dollardan artıqdır. Villanın içindəki xüsusi dizayn isə göz oxşayır. Təkcə kombi sisteminə icra başçısının 100 min dollar xərc çəkdiyi qeyd olunur.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam