Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

XİN-dən Nalbandyana cavab: "Guya heç nədən xəbəri yoxdur"

“Ermənistan xarici işlər naziri tərəfindən yenə də qeyri-ciddi şəkildə münaqişənin həlli prosesinin mahiyyəti və məzmunu təhrif edilib. Elə bir təəssürat yarınır ki, sanki Nalbandyanın ümumiyyətlə danışıqlar prosesində nədən söhbət getdiyindən xəbəri yoxdur”.

Xeberinfo.com:  Məlumata görə, bunu Ermənistan xarici işlər naziri E.Nalbandyanın "Kommersant" qəzetinə müsahibəsini şərh edən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, Rəsmi Yerevanın ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin həlli prosesinə guya sadiq olduğunu iddia edən Ermənistan xarici işlər naziri heç vaxt özündə cəsarət tapıb yenilənmiş Madrid prinsiplərinə istinad etmir:


“Bu da təsadüfi deyildir. Ermənistan rəsmisinin yaddaşını təzələmək istərdik ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən altı bənddən ibarət olan yenilənmiş Madrid prinsipləri təqdim olunmuşdur. Münaqişənin mərhələli həlli üzrə yol xəritəsi rolunu oynayan yenilənmiş Madrid Prinsiplərinin 1-ci bəndində işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxarılması nəzərdə tutulur.

Məzmunsuz şablon ifadələr və ikinci dərəcəli texniki məsələlər əvəzinə Ermənistan xarici işlər naziri BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və yenilənmiş Madrid prinsiplərinə uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması məsələsinə aydınlıq gətirməlidir. 

Lakin, Azərbaycanın işğal olunmuş ərazilərinin hərbi işğalını və status kvonu hər vəchlə davam etdirməyə çalışan, işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma, iqtisadi və digər fəaliyyətlər həyata keçirən Ermənistanın əməlləri bir daha onu sübut edir ki, rəsmi Yerevanın məqsədi əslində sülh prosesi imitasiyası adı altında Azərbaycan ərazilərinin ilhaqıdır”. 

XİN rəsmisi əlavə edib ki, ATƏT Minsk Qrupunun həmsədrləri də özlərinin təklif etdiyi yenilənmiş Madrid Prinsiplərinə və BMT TŞ-nın müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını tələb etməlidirlər: “Yalnız bu zaman münaqişənin həllində irəliləyişə nail olmaq mümkündür”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam