Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Türkiyə bu dəfə raketlə vuruldu: ölənlər var - VİDEO

İŞİD terrorçu qruplaşması "Katyuşa" reaktiv artilleriyaları ilə Suriya ərazisindən Türkiyəni atəşə tutub.

Xeberinfo.com:  ANS PRESS-in məlumatına görə, terrorçuların günorta saatlarında atdığı 8 raket Türkiyənin Kilis qəsəbəsinə düşüb.

Raketlərin düşdüyü ərazilərdə güclü partlayışlar olub, ölü və yaralı var. İlkin məlumatlara görə, 2 nəfər ölüb, 1 nəfər ağır olmaqla ən az iki nəfər yaralanıb. Qəsəbə sakinləri təşvişə düşüb.

Raketlərdən biri qəsəbəyə doğru hərəkət edən avtomobilin yaxınlığına düşüb. maşının içərisində olan iki uşaq ağır yaralanıb. Onlar Kilis dövlət xəstəxanasına aparılıblar. Türkiyə Silahlı Qüvvələri "Fırtına" topları ilə İŞİD terrorçularının mövqelərini ağır bombardman edib.

Reuters agentliyi isə yazır ki, İŞİD-in atdığı raketlər orta məktəblərdən birinin yanına düşüb. Terrorçular əsasən, xəstəxana və məktəbə gedən yolları atəşə tuturlar. Xəbərdarlıq edilib ki, sakinlər bir yerə çox toplaşmasınlar.

Raket zərbəsindən təşvişə düşərək özündən gedən sakin

Hadisə ilə bağlı açıqlama verən Türkiyə rəsmiləri bəyan ediblər ki, NATO İŞİD-lə mübarizə edirsə, Türkiyə sərhədlərini öz sərhədi hesab edərək dərhal vəziyyətə müdaxilə etməlidir.

Xatırladaq ki, son günlər Türkiyə ordusu sərhədə yaxın ərazilərdəki İŞİD mövqelərini top atəşinə tutur. Ötən həftə Türkiyə SQ İŞİD terror qruplaşmasının Suriyanın Hələb əyalətinin şimalındakı mövqelərinə artilleriya zərbələri endirib. əməliyyatda Türkiyənin Suriya ilə həmsərhəd rayonlarında yerləşdirilmiş “Fırtına” toplarından istifadə edilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam