Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Siyavuş Novruzov Qüdrət Həsənquliyevin təklifinə qarşı çıxdı

 

Xeberinfo.com:  Deputat Qüdrət Həsənquliyev Milli Məclisin son iclasında müzakirə olunan idman mərc oyunları ilə bağlı məsələyə münasibət bildirən zamanı təklif edib ki, Azərbaycanda xarici turistlər üçün fəaliyyət göstərən kazinolar açılsın: “Vaxtilə prezident Heydər Əliyev tərəfindən Azərbaycanda kazinolar ləğv ediləndə, mən bunu dəstəkləmişdim. Ancaq indi vəziyyət dəyişib. Bu gün qonşu Gürcüstanın Batumi bölgəsində kazinolar fəaliyyət göstərir və həmin kazinolar ölkə büdcəsinə gəlir gətirir”.

Deputatın təklifi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Q.Həsənquliyevin öz həmkarı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov da bu təklifə qarşı çıxıb. S.Novruzov bununla bağlı Modern.az saytına açıqlamasında deyib:

“Hələ uzun müddət əvvəl kazinolar Azərbaycanın mərhum prezidenti Heydər Əliyev tərəfindən çox düzgün olaraq qadağan edildi. Həmin dövrdə də qeyd olunmuşdu ki, bu, bizim milli-mənəvi dəyərlərimizə uyğun deyil.

Hazırda Türkiyə kimi dövlətin özündə də kazinoların hamısı ləğv olunub. Ölkədə bir dənə də olsun kazino fəaliyyət göstərmir. İstisna olaraq Şimali Kipr Türk Cümhuriyyətində kazino var. Ora da yalnız xarici vətəndaşların daxil olması və oyun oynamasına icazə verilir. Kiprin öz vətəndaşlarına kazinoda qumar oynamaq qadağandır. Bundan başqa, 2000-ci ildə Rusiyada da kazinolar ləğv edilib”.

S.Novruzov bildirib ki, Qüdrət Həsənquliyev ölkəyə gəlir gətirməsi, turizmin inkişafı nöqteyi-nəzərindən bu məsələni qaldırıb:

“Amma mən özüm dəfələrlə Çin kimi böyük dövlətdə olmuşam. Hətta dünyanın aparıcı ticarət mərkəzlərindən olan Şanxayda da kazino yoxdur. Bu ölkələr həm öz ölkələrinin mənəvi dəyərlərini, həm də onların əlindəki vəsaitləri qorumaq üçün bu addımı atıblar. Ola bilər ki, Azərbaycandan 3-5 , 50-100 adam Gürcüstanda, Şərqi Avropada və s.də kazinoya gedərək vaxtını keçirir. Bu başqa bir şeydir. Amma kütləvi şəkildə Azərbaycanda kazino fəaliyyətini məqbul saymıram.

Xatirimdədir, 1990-cı illərdə Azərbaycanda kazinoların fəaliyyəti dövründə bir çox insanlar evini, avtomobilini, mağazasını satıb qumara qoyurdu. Bu baxımdan Azərbaycanda belə bir şeyin olması düzgün deyil”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam