Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

24 mindən çox insan Azərbaycandan çıxarılıb

 

Ötən il ölkə ərazisində olma, müvəqqəti və daimi yaşama qaydalarına əməl etməmə, habelə etibarsız sənədlərlə yaşama qaydalarını pozan 24 330 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycandan xaric edilib.

Xeberinfo.com:   Məlumata görə, bu barədə Nazirlər Kabinetinin 2015-ci il üzrə fəaliyyəti barədə hesabatında qeyd olunub. Bildirilib ki, onlardan 19 340 nəfəri 48 saat vaxt verilməklə ölkədən çıxarılıb: 

`Ötən il ərzində 2039 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin əsas olduğu üçün ölkə ərazisində yaşaması leqallaşdırılıb. Ümumilikdə ölkədə yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 120 103 nəfərdir` 

Hesabtada həmçinin qeyd olunub ki, ötən il ərzində 146 əcnəbi (ailə üzvləri ilə birlikdə 255 nəfər) qaçqın statusu almaq üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edib. 121 əcnəbiyə qaçqın statusunun verilməsi barədə vəsatətlərin təmin olunmamasına, 43 əcnəbi haqqında isə qaçqın statusunun verilməsindən imtina edilməsinə dair qərarlar qəbul edilib: `Ötən il ərzində 9 nəfərin qaçqın statusu ləğv edilib. Bununla da ölkədə qaçqın statusu alaraq yaşayanların sayı 63 nəfərə enib`.

Hazırda 6 əcnəbinin (ailə üzvləri ilə birlikdə 14 nəfər) vəsatəti icraatdadır. 2015-ci il ərzində Azərbaycanda müraciət edənlərdən heç birinə qaçqın statusu verilməyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam