Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“AZENCO”dan daha bir şikayət: “4000-ə yaxın pulum verilmir”


 

Haqqı yeyilən vətəndaşı Etibar Pirverdiyevin adı ilə təhdid edirlər

 

Xeberinfo.com: Redaksiyamızın elektron ünvanına Lənkəran şəhəri Hacılar k. 14a ünvanda yaşayan vətəndaş Hüseynov Nicat Xudaverdi oğlunun şikayət məktubu daxil olub. Nicat Hüseynov müraciətində “AZENCO” ASC tərəfindən hüquqlarının kobud şəkildə pozulduğunu və 4000 manat əməkhaqqısının mənimsənildiyini iddia edir. Mövzunun aktuallığını nəzərə alıb, məktubu olduğu kimi dərc edirik: 

“Salam, sadə xalqın ümid yeri,qudurmuşların “tənə” vurduğu vicdanlı media əhli. Bu mənim növbəti müraciətimdir. Çoxları mənə də “tənə” edir ki,nəyə görə məhkəmə orqanlarına müraciət etmirsən? Axı sənin şikayətin birbaşa onlara aiddir. Mən isə onlara cavab sualı verirəm: ”Siz hansı dövlətdə,hansı zamanda yaşayırsınız?”

” Vәtәndaşların müraciәtlәri haqqında Azәrbaycan Respublikasının Qanunu”nu əsas götürərək hüquqlarımın qismən də olsa bərpası üçün Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında

Dövlət Əmək Müfəttişliyi Xidmətinə, ”AZENCO”ASC yə, "Azərenerji" ASC yə, ” Energetika” nazirliyinə, “İqtisadiyyat” nazirliyinə, “Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “ və nəhayət  Prezident administrasiyasına rəsmi şəkildə iki dəfə müraciət etsəm də ,şıkayətimlə bağlı mənə heç bir cavab verilməyib.

Mənə yaxın insanların demək olar ki, yarısı dolana bilmədiklərinə görə Azərbaycanı tərk ediblər. Ancaq mən deyirəm: ”Vətənin nə günahı?!Yəqin ki,bizi başa düşən, dinləməyi bacaran “kişi” tapılar”.

Söhbətin nədən getdiyini başa düşməkdən ötrü şikayətimi oxumayanlar üçün bir daha qeyd edirəm.

2016 cı il yanvarın 5-i "Azərenerji" ASC yə məxsus “AZENCO”ASC- dən digər çarəsizlər kimi öz xahişim ilə işdən çıxmağa məcbur edilmişəm. İki aydır mənə veriləcək son haqq-hesabı gözləməkdən yorulmuşam.

  2015-ci il dekabr ayınin əmək haqqısı, 2016 yanvar ayından 5 gün, tam 13 aylıq ezamiyyə pulum və 7 ilin məzuniyyət pulu mənə verilmir. Ümumilikdə 4 minə yaxın pulum verilmir.

 Mühasibatlq isə idarənin pulu olmadığını deyib mənə qapını göstərir.

Nəzərinizə çatdırıram ki,əmək məcəlləsinin aşağıdakı maddələri kobud şəkildə pozulmuşdur;

Maddə 69,bənd 7;Maddə135,bənd 1,2;Maddə 144,bənd 2;Maddə 172,bənd 4,5;Maddə 178,bənd 1;Maddə 195,d)

Internet  qəzetlərdə şikayətim işıqlandırıldıqdan sonra, keçmiş iş yoldaşlarımdan mənə həmrəylik zəngləri  gəlməyə başladı. Martın ayının 1-ində, günorta radələrində mobil telefonuma bilinməyən zəng gəldi. Özünü təqdim etməyən şəxs “AZENCO”nun baş idarəsindən zəng etdiyini qeyd edib, məni təhdid etməyə başladı. ”Çox atdanıb düşsən səni şərləyib tutdurarıq” cümləsiynən başlayıb əsgərlikdə olan oğluma qədər mənə qorxu gəldi. Axırda da”Bizim arxamızda Etibar Prıverdiyev kimi əjdaha durub. Sənin o cındır qəzetlərin bizə nə edəcək...” deyib telefonu söndürdü.

Bu zəngdən sonra bir müddət mən şoka düşdüm.Yəni doğurdanm,ı bu ölkədə dərəbəylikdir ,heç kim heç kimdən qorxmur? Bəs verilən fərmanlar, qanunlar elə mənim kimi bədbəxtlərə aiddir? Bəs imam Mehdi kimi qeybə çəkilən haqq-ədalət...Yəqin bizim taleyimiz göylərdə belə yazılıb. Yaziyada ki, pozu yoxdu”.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam