Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycan İnvestisiya Şirkəti “Holcim Azerbaijan”dakı payını satıb

holcim“Azərbaycan İnvestisiya Şirkəti” ASC “Holcim Azerbaijan” ASC-nin səhmdarlarının tərkibindən çıxıb.

Xeberinfo.com:  Bu barədə hökumətdən məlumat verilib.

“AİŞ 2015-ci il noyabrın 18-də “Holcim Azerbaijan”dakı 10% payını “Holcim Auslandbeteiligungs Gmbh” şirkətinə sataraq səhmdarların tərkibindən çıxıb”, – deyə hökumətdən qeyd ediblər.

2007-ci ilin dekabr ayında Azərbaycan İnvestisiya Şirkəti və İsveçrənin “Holcim” şirkəti arasında AİŞ-in 10% payla sement zavodunun kapitalına daxil olmaq niyyəti haqqında memorandum imzalanıb.

AİŞ-in şirkətin səhmdarları sırasına daxil olması sement zavodunun gücünün artırılması ilə əlaqədar olub. Xüsusilə layihə “Holcim Azerbaijan”ın sement istehsalı üzrə gücünün ildə 1,3 mln. tondan 1,7 mln. tona qədər, klinker istehsalı üzrə gücünün ildə 0,8 mln. tondan 1,2 mln. tona qədər artımını nəzərdə tutur.

“Hazırda layihə uğurla həyata keçirilir və AİŞ müqavilənin şərtlərinə uyğun olaraq öz payını sataraq şirkətdən çıxıb”, – deyə hökumətdən vurğulayıblar.

“Holcim Azerbaijan” ASC hazırda Azərbaycanda ən iri sement istehsalçısıdır. Yerli bazarda sement istehsalının 35-40%-i onun payına düşür. ASC-nin səhmdarları İsveçrənin “Holcim” (66%), Avropa Yenidənqurma və İnkişaf Bankı (10%), Azərbaycan İnvestisiya Şirkəti (10%) və özəl səhmdarlardır (14%). 2014-cü ilin sonuna şirkətin aktivləri 394,9 mln. manat, bölüşdürülməmiş xalis mənfəəti 232 mln. 57,67 min manat təşkil edir. 2014-cü il ərzində “Holcim Azerbaijan”ın xalis mənfəəti 39 mln. 714,613 min manat olub.

“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 160 mln. manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir.

Mənbə: İnterfaks-Azərbaycan


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam