Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Novruz bayramında əfv gözlənilir”

fgfght

 

Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağına ümidlər, gözləntilər artıb.

Xeberinfo.com:    İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı Modern.az saytına bu barədə məlumat verib.
O bildirib ki, hələ 2015-ci il dekabrın sonuna nəzərdə tutulan əfvlə bağlı İşçi Qrupunun müəyyənləşdirdiyi siyahını Komissiyaya təqdim edərək, Prezidentə məktub ünvanlayıblar.
“Hazırda Əfv Komissiyasında kifayət qədər dəyişiklik olub. Ona görə də komissiya üzvlərinin toplanmasını gözləyirik.
Hesab edirik ki, yeni tərkibdə olan Əfv Komissiyası üzvləri kifayət qədər geniş əfvlə bağlı ölkə başçısı qarşısında çıxış edəcəklər. İnanırıq ki, üzümüzə gələn əziz Novruz bayramı ərəfəsində əfv sərəncamı veriləcək və çoxlu məhkum ailələrinə qovuşacaq”.
İşçi Qrupunun digər üzvü Novella Cəfəroğlu da Modern.az saytına deyib ki, Əfv Komissiyasının toplanmasını gözləyirlər:
“Onlar toplaşandan sonra da biz yığışacağıq. Hər halda bayram ərəfəsində əfv gözlənilir”.
Əfv Komissiyasının yeni seçilən üzvü Aynur Sofiyeva saytımıza komissiyanın hələ toplaşmadığını qeyd edib:
“Təyinatımdan iki gün ötüb. Hələ bu məsələlərlə bağlı geniş məlumatım yoxdur. Hər halda Komissiyanın iclaslarından sonra nə isə demək mümkün olacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam