Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Premyer Liqada mövsüm rekordu

 

Futbol üzrə Azərbaycan Premyer Liqasının debütantı "Zirə" ardıcıl 4-cü qələbəsini qazanıb.

Xeberinfo.com:  Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən bildirir ki, 2016-cı ildə xal itirməyən paytaxt klubu mövsümün ikinci yarısında 2 qolla 3 xal qazanmaq seriyasını davam etdirib. 

Evdə keçirdiyi XIX turda "İnter"i, XXI turda "Rəvan"ı eyni 2:1 hesabı ilə məğlub edən Adil Şükürovun yetirmələri ilin ikinci səfərində də 2:0-a sevinib. XX turda "Sumqayıt"ı bu hesabla məğlub edən zirəlilər bu dəfə "Xəzər Lənkəran"ın meydanında 3 xalı 2 cavabsız qola əldə edib. Çempionatın I dövrəsində - V-VII turlarda 3 qələbədən ibarət seriyası olan "Zirə" özünün yeni rekordunu müəyyənləşdirib. 

Ümumiyyətlə, cari mövsümdə ən uzun qələbə seriyası məhz 4-ə bərabərdir. Bu rekordu təkrarlayan debütantadək iki dəfə "Qarabağ" (II-V və X-XIII turlarda), hərəyə bir dəfə "Qəbələ" (V-VIII turlar) və AZAL (XVI-XIX turlar) belə seriyaya imza atmışdı. XXIII turda "Neftçi"ni qəbul edəcək qəsəbə təmsilçisi qalib gəlsə, mövsümün mütləq rekorduna yiyələnəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam