Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

"Kürdlər bizim müttəfiqimizdir"

rian_01072889.hr_.en_

Xeberinfo.com:   Rusiya KİV-nin yaydığı məlumata görə, Rusiya Dövlət Duması Beynəlxalq əlaqələr komitəsinin sədri Aleksey Puşkov «Kommersant FM» radiosuna verdiyi müsahibədə qeyd edib ki, kürdlər Suriyanın «İslam Dövləti»nə qarşı apardığı mübarizədə və ölkənin şimal-şərq ərazilərinin azad edilməsində mühüm rol oynaya bilərlər.
«Mənim zənnimcə, kürdlər Suriyanın şimal-şərq ərazilərinin İraq və Levant İslam Dövlətinin (İLİD) işğalından azad edilməsində çox ciddi rol oynamaq gücündədirlər»-deyə, o, bəyan edib.

Pusiyalı siyasətçi ABŞ-a da ismarıc göndərib: «ABŞ da bu məsələdə ardıcıl movqedə dayanmalı və türklərə izah etməlidir ki, İLİD-lə mübarizədə kürdlər bizim müttəfiqlərimizdir».

Puşkov həm də qeyd edib ki, kürdlər də Suriya üzrə danışıqlara buraxılmalıdırlar. Çünki onlar Suriya əhalisinin bir hissəsi olmaqla bərabər, həm də mötədil müxalifətdən fərqli olaraq, İslam Dövləti ilə fəal şəkildə mübarizə aparırlar: «Bölgədəki 50-60 minlik kürd silahlı dəstələri çox ciddi silahlı gücdür».

Yayılan xəbərlərə görə, cari həftənin əvvəlindən kürdlərin başlayan hücumları (bu hücumlar beynəlxalq koalisiyanın hərbi hava qüvvələri tərəfindən havadan dəstəklənir) nəticəsində bölgənin 50 yaşayış məntəqəsi tutulub. Burada kürdlər ötən ilin oktyabrında yaradılmış «Demokratik Suriya gücləri» (DSG) adlı silahlı birləşmələrin tərkibində fəaliyyət göstərirlər.

Məlum olduğu kimi, özünün sərhəd-ərazi təhlükəsizliyi, qaçqın və terror problemi mülahizələrindən dolayı son günlər Türkiyə dövləti Suriya kürdlərinin mövqelərini atəşə tutur. Belə ki, Türkiyə hökuməti buradakı kürd silahlı dəstələrini PKK-nın bir qolu olaraq, terrorçu dəstələr elan edib.

Xatırladaq ki, bir qədər bundan əvvəl ABŞ Dövlət Departamenti Türkiyəni Suriya kürdlərinin mövqelərinə endirilən artilleriya atəşlərini dayandırmağa çağırmışdı. Bundan başqa, ABŞ kürdlərin özlərindən də Türkiyə sərhədlərinə yaxın yeni əraziləri nəzarətə götürməməyi xahiş etmişdi.

Beləliklə, açıq-aydın görünür ki, indiki halda Suriyada cərəyan edən proseslərə və kürd məsələsinə münasibətdə, ABŞ, əslində Türkiyə ilə yox, Rusiya ilə müttəfiqlik nümayiş etdirir – cüzi fərqlə…

AzPolitika.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam