Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Jirinovskidən növbəti sərsəmləmə: “Mən Türkiyənin hərbi komendantı olacağam”

Jirinovski yenə sərsəmlədi: “Mən Türkiyənin hərbi komendantı olacağam”

 

 

Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Türkiyənin hərbi komendantı postunu tutmağa hazırdır.
Xeberinfo.com:   Məlumata görə, bunu o, “Rus xəbərlər xidməti” agentliyinə verdiyi müsahibəsində deyib.
“Mən Türkiyədə azad olunmuş ərazilərin hərbi komendantı ola bilərəm, necə ki 1945 –ci ildə marşal Jukov Berlində olmuşdu. İstanbulu Konstantinopol adlandırmaq, pravoslav məbədlərini bərpa etmək və rus dilini ikinci rəsmi dil elan etmək üçün”, - deyə V.Jirinovski gələcək planlarını da açıqlayıb.
RLDP lideri əlavə edib ki, Türkiyəni bir dövlət kimi ləğv etmək, onun ərazilərini isə kürdlərə, ermənilərə, yunanlara və bolqarlara vermək lazımdır.
O bir məqamı da xüsusi vurğulayıb ki, “bu məsələnin həllində hərbi köməyi yalnız Rusiya göstərə bilər”.
Jirinovski onu da iddia edib ki, “kürdlər Ankaranı cəmi iki həftəyə ələ keçirməyə hazırdırlar, ermənilərə gəlincə, onlar da üz il əvvəlki “soyqırımı”na görə qisas almaq istəyirlər”.
Tez-tez öz sərsəm iddiaları ilə gündəmə gələn RLDP sədri sonda qeyd edib ki, onun fikrincə, bu, irimiqyaslı müharibəyə gətirib çıxarmayacaq: “Çünki Avropa İttifaqı Türkiyəni müdafiə etmək fikrində deyil, NATO isə bu məsələyə qarışmayacaq, ən azı o səbəbdən ki, ona belə Türkiyə lazım deyil”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam