Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Qumarxanaların arxasında kim dayanır?

 

«Oğuzxan» Şadlıq Sarayının həyətindəki və Süleyman Sani Axundov küçəsindəki «ZZ Klub»un sahibləri bəzi dairələrə aylıq «haqq» verdiklərini iddia edirlər 


Xeberinfo.com:  Ötən gün xəbər vermişdik ki, Binəqədi rayonu ərazisində əməkdaşlarımız iki qumarxana aşakarlayıblar. Onlardan biri «Oğuzxan» Şadlıq Sarayının həyətində, digəri isə 7-ci mikrorayondakı «ZZ Klub»dur.

Məlumata görə, bu məkanda axşam saatlarından etibarən qumar oyunlarına start verilir və insanlar total şəkildə aldadılır. 

Qeyd edək ki, bu yazdıqlarımızdan sonra hər iki qumarxanaya Binəqədi Polis Şöbəsinin əməkdaşlarının gəldiyi bildirilir. Məlumata görə, polis əməkdaşları hər iki məkanda qumar oyunlarının dayandırılmasını tələb edib. Və vəziyyətin pis olduğunu onların diqqətinə çatdırıb. Lakin sonradan tərəflər arasında anlaşma əldə edilib və bununla da onlar fəaliyyətlərinə davam etməyə başlayıblar. 

Bildirək ki, qumar oyunları hələ mərhum Prezident Heydər Əliyev tərəfindən qəti şəkildə qadağan edilib. Qanunvericilikdə də bu öz təsdiqini tapıb və belə bir fəaliyyətlə məşğul olmaq qadağandır. Lakin şəhərin heç də ucqarı olmayan, insanların düz gözünün qarşısında iki qumarxananın fəaliyyət göstərməsinə rəğmən, onlara qarşı heç bir tədbir görülmür. İstər «Oğuzxan» Şadlıq Sarayının həyətindəki, istərsə də Süleyman Sani Axundvo küçəsindəki 5 mərtəbənin altında fəaliyyət göstərən həmin qumarxanaların sahibləri iddia edirlər ki, onlar hər ay bəzi dairələrə «haqq» verirlər. Ona görə də, kimsə onlara maneçilik törədə bilməz. 

Lakin Jam.az olaraq əminliklə bildiririk ki, baş verən özbaşınalıq və qanunsuzluqdan nazir, cənab Ramil Usubov xəbərsizdir. Çünki Heydər Əliyevə sədaqəti ilə tanınmış general-polkovnikin mərhum dövlət başçısının verdiyi tapşırıqları dərhal və tərəddüdsüz yerinə yetirdiyi çoxdan təsdiqini tapıb. Ümid edirik ki, istər «Oğuzxan» Şadlıq Sarayının həyətində, istərsə də «ZZ Klub»da fəaliyyət göstərən qumarxanalar tezliklə nazirin nəzarəti altında bağlanılacaq və himayədarları isə məsuliyyətə cəlb olunacaq. 

Xatırladaq ki, bu gün həmin qumarxanaların fəaliyyətini dayandırması üçün Jam.az tərəfindən DİN-ə rəsmi müraciət ediləcək. 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam