Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Azəryolservis"in idarəsində fəhlə yerləri satışa çıxarılıb?

"Azəryolservis"in idarəsində fəhlə yerlərini satışa çıxarılıb
"Azəryolservis"in 9 saylı Ağstafa yol yaşıllaşdırma idarəsinin rəisi Rzayev Fəxrəddin idarədəki fəhlə yerlərini satışa çıxarıb.

Xeberinfo.com:  Arqument.az-a idarənin işçilərindən daxil olan məlumatda bildirilir ki, Fəxrəddin Rzayev idarənin işçilərini heç bir ciddi səbəb olmadan, əsassız bəhanələrlə işdən çıxarır və onların yerinə 300-500 manat rüşvət alaraq yenilərini təyin edir. İşdən azad etdiklərinə "krizisdi, ixtisar gedir" deyən Fəxrəddin Rzayev daha sonra rüşvət alaraq yeni fəhlələr götürür.

Onun işçiləri alçaltdığını, onları təhqir etdiyi də iddia olunur. Rzayev Fəxrəddin fəhlə kimi adını idarəyə yazdırdığı oğlunu fəhlələrə qeyri-rəsmi başçı qoyub. Ata-bala Rzayevlər idarənin su maşınlarını "xalturaya" göndərir, işçiləri onlara aid olmayan işlər gördürərək iş adamlarından pul alır və pulu da öz ciblərinə qoyurlar. Hətta iş vaxtı bitmiş işçiləri işdən işlədir və pulunu mənimsəyirlər. İşlərini itirmək istəməyən yazıq fəhlələr isə etiraz edə bilmir və Rzayevlərin dediyini yerinə yetirmək məcburiyyətində qalırlar.

Onların təhqirlərinə və idarə daxilində yaratdıqları quldarlıq sisteminə qarşı çıxanlar, əks-reaksiya verənlər isə "qara siyahıya" düşür və bir neçə gündən sonra işdən qovulurlar. Hər qovulan işçinin yerinə isə 300-500 manat arası rüşvət alınaraq yeni işçi götürülür.

Şikayətçi bildirir ki, Fəxrəddin Rzayevin oğlunun qanunsuz hərəkətlərinə görə onu bir dəfə Qazax Gömrük İdarəsindən, bir dəfə də Ağstafa Dəmir Yol İdarəsindən işdən qovublar. İndi isə oğlunu yaşıllaşdırma idarəsinə fəhlə kimi işə götürən ata Rzayev buranın işçilərini onun ixtiyarına verib. İşçilər isə onun özbaşınalığından, kobud rəftarından təngə gəliblər.

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Mövzuya qayıdacağıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam