Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Türkiyə ilə Rusiya qarşılaşdı: kritik döyüş

Suriyanın şimalında, Əsəd rejiminə qarşı döyüşən “Azad Suriya Ordusu”nun nəzarətindəki Azez qəsəbəsi Türkiyə ilə Rusiya arasında qarşıdurmanın kritik nöqtəsinə çevrilib.

Xeberinfo.com:  Bu gün səhər saatlarında Rusiya aviasiyası YPG kürd qüvvələrinin bölgədə irəliləməsini dəstələmək üçün Azez qəsəbəsinə hava zərbələri endirilib. Çoxlu sayda mülki şəxsin həlak olduğu bildirilir.

Azez qəsəbəsi YPG-nin nəzarətinə keçsə Suriyanın şimalında kürdlərin nəzarətində olan ərazilər birləşmiş olacaq və bununla da Türkiyənin qonşuluğunda daha bir faktiki kürd dövləti meydana çıxacaq. Bu baxımdan Azez qəsəbəsi Türkiyə üçün həyati əhəmiyyət kəsb edir və ötən bazar günü Türkiyə artilleriyası YPG qüvvələrinin qəsəbəyə doğru irəliləməsini dayandırmaq üçün onların mövqelərinə artilleriya zərbələri endirib.

Bu gün isə baş nazir Əhməd Davudoğlu Ukraynaya səfərə gedərkən təyyarədə jurnalistlərlə söhbətində deyib ki, Türkiyə Azez qəsəbəsinin YPG-nin əlinə keçməsinə imkan verməyəcək. “Azez qəsəbəsinin məğlub olmasına imkan verməyəcəyik. YPG Fərat çayının qərbinə, Afrinin şərqinə keçə bilməyəcək. YPG Rusiyanın Suriyadakı əlaltısıdır. Türkiyədə PKK həmin rolu oynayır”-Davudoğlu bildirib.

Qeyd edək ki, Fərat çayının şərq sahilindəki bölgələrə digər kürd qruplaşması PYD nəzarət edir. PYD (Demokratik Birlik Prtiyası) 2003-cü ildə Suriyanın şimalında kürdlər tərəfindən yaradlan siyasi təşkilatdır, lideri Salih Müslümdür.

Hazırda Suriyanın şimalındakı bir neçə qəsəbə, o cümlədən aylarla İŞİD terrorçuları ilə kürd döyüşçüləri arasında qanlı döyüşlərin getdiyi Kobani qəsəbəsi PYD qüvvələrinin nəzarətindədir. ABŞ və müttəfiqləri PYD qüvvələrinə silah-sursat və logistik dəstək göstərir. Hazırda PYD qüvvələri ilə “Azad Suriya Ordusu” arasında radikal islamçı qruplaşmalara qarşı ittifaq mövcuddur.

Suriyanın şimalında, Fərat çayının digər sahilində bəzi bölgələrə nəzarət edən YPG isə (Xalq Özünümüdafiə Birlikləri) PYD-nin hərbi qanadı hesab edilir. Onun 65 min nəfərə yaxın döyüşçüsü var. Onların arasında çoxlu qadın və azyaşlı uşaqlar da yer alır. YPG əvvəlcə radikal islamçı qruplaşmalara qarşı döyüşlərdə mötədil müxalifətlə müttəfiq idi. Lakin son zamanlar Rusiyanın dəstəyi ilə silahı həm də “Azad Suriya Ordusu”una qarşı çevirib. Məlumatlara görə bunun arxasında Suriyanın şimalında faktiki kürd dövlətinin yaradılması planları durur. Azez qəsəbəsi YPG-nin nəzarətinə keçsə bu plan tamamlanacaq.

Bu baxımdan Türkiyənin həmin qəsəbəni necə müdafiə edəcəyi məsələsi gündəmdədir. Suriya rejimi iddia edir ki, Türkiyə həmin bölgəyə məhdud hərbi qüvvə yeridib. Ankara bunu təsdiq etmir. Hələlik Türkiyə ordusu sərhədin bu tayından uzaqvuran artilleriya ilə YPG-nin mövqelərini vurur. Lakin Rusiyanın hava zərbələri daha effektivdir və əgər qurudan müdaxilə olmasa Türkiyənin Azez qəsəbəsini necə müdafiə edəcəyi sualla doğurur. Müdaxilə isə artıq Rusiya ilə birbaşa hərbi qarşıdurma demək olacaq...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam