Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Baş həkimdən əcaib "tələb" - FOTO

 

Zaqatalada doğum evinin giriş hissəsində yerlesdirilen elan hər kəsin təəccübünə səbəb olub.

 

Xeberinfo.com:   Məlumata görə, həmin elanda doğum şöbəsinə üz tutan xəstələrə müəyyən dərman və tibbi ləvəzımatları özləri ilə gətirməyin vacib olduğu bildirilir. Xəstələrə özünü tibb işçısı kimi təqdim edən xanım məlumatın baş həkimin tapşırığı əsasında divara vurulduğunu deyir: “Əlbəttə baş həkim deyib, o deməsə bunu vurmağa kimin ixtiyarı var?”

Tibb işçisinin bu lövhənin vurulmnasına baxmayaraq xəstəxanada təchizatın yüksək səviyyədə olduğunu söyləməsi isə orda olan xəstələrin narazılığına səbəb olub.

“Niyə elə deyirsiz? Nəinki iynə-dərman, hətta döşək ağı, yastığa qədər özümüz gətirmişik. Siz bizə dediniz heç nəyimiz yoxdur, hər şeyi özünüzlə gətirin, biz də gətirdik.” – deyən xəstələrdən biri öz etirazını bildirir.

“Mən əməliyyat yolu ilə uşaq dünyaya gətirdim. Hər şeyi, narkozu da yoldaşıma aldırdılar.” – deyən digər xəstə Arzu Abdullayeva qeyd edib.

Qeyd olunanlarla bağlı xəstəxananın baş həkimi ilə əlaqə saxlamağa çalışsa da, baş həkim ANS əməkdaşına məlumat verməkdən imtina edib. Sualları cavablandıran doğum şöbəsinin müdiri iynə dərman təchizatının yüksək səviyyədə olduğunu bildirib.


Doğum evinin divarından asılmış elan

ANS əməkdaşlarının çəkiliş aparmasından az sonra həmin kağız parçası vurulduğu yerdən götürülb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam