Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

ABŞ və Rusiyanın “Qaz” müharibəsi

 

  "xeberinfo.com": Ukrayna ətrafında yaranmış mübahisənin əslində Qərb və Rusiya arasında soyuq müharibənin bir hissəsi olduğu heş kimə sirr deyil. 

Kiyevdən istifadə edərək biri digərinə üstünlüyünü sübut etmək istəyir. Ümumilikdə, Ukrayna qalmaqalının əsas maraq tərəfləri ABŞ, Rusiya, Avropa İttifaqı və Türkiyədir.

Bəs görəsən, siyasi blefdə kim az da olsa həqiqəti deyir? Burada hamını düşündürən bir məqam var. Krım Rusiyanın nəyinə lazımdır?

Əslində, Krım Rusiyaya lazım deyil. Sadəcə, Putin Soçi Olimpiadasından istifadə edərək Rusiyanın sərhədlərində mini inqilab edən Qərbə cavab verir. Putinin Soçi Olimpiadasını normal və sakit keçirmək üçün hər vasitəyə gedəcəyi ABŞ-a sirr deyildi. ABŞ və Avropa İttifaqı rus ayısının yatmasından istifadə edərək onun qəniməti olan Ukraynanı yenidən ələ keçirməyə başladı. Putin isə səbr edirdi. Olimpiadanın bitməyinə az qalırdı. Bəlkə də dodaqaltı gülən Putin qəhqəhəsinin Avropanı başına götürəcəyini yaxşı bilirdi. Olimpiada bitən kimi Putin hücuma keçdi. Ukraynadakı siyasi və iqtisadi böhran Krım məsələsi ilə arxa planda qaldı. 

Bu oyunda kim udacaq, kim uduzacaq, рeşman kim olacaq? 

Avropa İttifaqı Rusiyadan qorxur. Çunki Putin köhnə dünyanı qazda boğmağın üsullarını çox gözəl bilir. Avropa da qazlı-qazlı danışmağın sonradan başına hansı oyunlar açacağından xəbərdardır. Üstəlik Avropa ABŞ-ın maraqları uğrunda qurban verdiyi gözü çıxmış qardaşlarının aqibətindən dərs alıb. ABŞ isə Avropanı Rusiya qazından xilas etmək üçün əlacı sıxılmış qaz ixracında görür. Amma bu plan Avropanın təbii qaz ehtiyacının yalnız 10%-ni ödəyir. Yeni plana əsasən 2035-ci ilədək Avropa Rusiyanın qaz asılılığından qurtarmalıdır. Bu isə həqiqətdən çox “Siyasi blef”ə bənzəyir. Amma ABŞ-ın Ukrayna məsələsində tələskənliyi maliyyə böhranında boğulan Avropanı yenə dalana dirəyir. Rusiya isə öz işindədir. Ukraynadan keçən və Avropanı təmin edən qaz kəmərini sığortalayıb. Bu qaz kəmərinə alternativ olaraq, Şimali və Cənubi qaz xəttini inşa edir. Qərbin ümid etdiyi “Nabukko” isə arzu olaraq qalır. Avropa “Nabukko”nu Azərbaycan və Türkmənistan qazı ilə dolduraraq Rusiyadan xilas olmaq planı qururdu. Amma regional qonşuluq siyasəti və iqtisadi maraqlar Köhnə Dünyanın Moskvadan asılılıq planını heçə çıxarır. Burada Türkiyənin maraqları da Avropanın əleyhinə işləyir. İttifaqa hələ də qoşula bilməyən Ankara enerjipaylayıcı şəbəkədə diqtə edən tərəf olmaqla Avropadan qisas almaq istəyir. Brüssel ABŞ-Rusiya oyununda vobank gedişi etməyə çəkinir. Amma Rusiyanın qazı öz işini görür. ABŞ isə əksinə, Rusiyanın dünyada nüfuzunu aşağı salmaq üçün tam gücü ilə hərəkətə keçib. Əvvəlcə Ukraynadan başlayan Vaşinqtonun əslində çox geniş planı var. SSRİ kimi nəhəngi devirən babalarının yolu ilə gedən B.Obama Moskvanı zəiflətməklə tarixə düşmək istəyir.

ABŞ-ın planı nədir?

1. Əsas məqsəd Rusiyanı iqtisadi cəhətdən zəiflətməkdir. Rusiyanı müharibəyə sürükləməklə ABŞ Moskvanın pul, silah və vaxt itirəcəyinə ümid edir. Rusiyada rublun sürətlə enişi ABŞ-ın qələbəsinin ilk işartıları kimi qəbul edilə bilərdi. Amma Rusiyanın aşkar və gizli ehtiyatı ona imkan verir ki, ən azı bir neçə il dözə bilsin. Müharibə variantı isə real görünmür. Qərbin Gürcüstan- Rusiya müharibəsi zamanı tutduğu mövqe Ukraynanı böyük qardaş ilə davadan çəkindirir. Üstəlik Rusiyanın silah işlətmədən Krım hərbi bazalarını ələ keçirməsi gücün nə demək olduğunu göstərir.

2. Rusiyanın təsir dairəsindəki enerji yataqları ilə zəngin dövlətlərə təzyiq. Bu təzyiq Azərbaycana da şamil edilə bilər. Amma balanslaşdırılmış siyasət rəsmi Bakını bu oyunda daima haqlı tərəfə çevirir. Rusiya ilə qaz satışına dair müqaviləmiz var. Avropanın istənilən yeni qaz kəməri layihəsinə “hə” deyirik. Qərbə sıxılmış və təbii qaz ixracımız var. Bu vəziyyətdə isə əsas təzyiqlərin Orta Asiyaya yönələcəyi gözləniləndir. Artıq mətbuatda Əl-Qaidənin zaman-zaman Türkmənistan sərhədlərində səs-küy salması ilə bağlı yayılan məlumatlar buna işarədir. Əfqanıstandan çıxandan sonra ABŞ-ın yeni müharibə meydanı axtaracağı da ekspertlərin ən çox müzakirə etdiyi mövzudur. Orta Asiya da bu baxımdan əla meydandır. Sadəcə, qalır bəhanə tapmaq.

3. ABŞ Rusiyanı zəiflətmək üçün onun iki əsas müttəfiqini öz tərəfinə çəkməlidir. Bunlardan biri iqtisadiyyatı ilə dünyaya meydan oxuyan Çindir. Çin nə qədər Rusiya ilə eyni maraqları bölüşsə də öz ixrac bazarı olan Avropanı itirmək istəmir. ABŞ isə Avropa İttifaqi ilə istənilən yolla Çini öz maraq dairəsinə çəkməyə cəhd göstərəcək. Amma gözləri qıyıq olsa da daima qonşusuna aydın baxan Çin üçün Moskva- Vaşinqton mübarizəsində güclünün yanında olmaq şərtdir. İran isə nüvə istehsalına görə Qərb və ABŞ-la qanlı-bıçaqdır. Sanksiyalar və qadağalar Tehranı bezdirib. Üstəlik Rusiyanın S 300 raket sistemlərinin satışı və Təhlükəsizlik Şurasında öz maraqları uğrunda İranı qurban verməsi Tehranı ehtiyatlandırır. İran Çinə nisbətən güzəştlər müqabilində daha asan ələ keçən yem kimi görünür.

4. Rusiyanı daxildən parçalama da ABŞ-ın köhnə siyasətidir. Çeçenistan və Dağıstan kimi yarası var. Bəzi politoloqların fikrincə Krım müstəqil olandan sonra Federasiya olan Rusiyada da müstəqillik meylləri arta bilər. Rusiyanın onurğa sütunu sayılan Tatarıstan, Başqırdıstan, Saxa-Yakutiya və Şimal hissəsini ayırmaq üçün ABŞ siyasi texnoloqları baş sındırır. ABŞ-Rusiya soyuq müharibəsinin pik həddi isə martın 16-da Krımdakı referendumdan sonra bilinəcək. Kimin blef etdiyi, kiminsə aşkar güc olduğu onda üzə çıxacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam