Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

"Rusiya Baltikyanı ölkələri 36 saata işğal edə bilər"

Rusiya Baltikyanı ölkələri 36 saata işğal edə bilər - NATO-ya həyəcan siqnalı

 

 

ABŞ-ın “RAND Corp” tədqiqatlar şirkətinin hesabatına görə, Moskva Estoniyanın paytaxtı Tallini 36 saat ərzində işğal edə biləcək gücə malikdir. NATO isə Rusiyanın işğal qüvvələrinə müqavimət göstərməkdə acizdir.
Xeberinfo.com:   Məlumata görə, belə bir ssenari qarşısında NATO-nun nə edə biləcəyi, Baltik ölkələrinin işğalı halında çıxacaq problemlərə cavab axtarılır. NATO-nun müdaxilə edə bilmək gücünü hesablayanda ortaya bədbin mənzərə çıxır.
 
Litva, Latviya, Estoniya Rusiyanın müttəfiqi Belarus, Kalininqrad və Baltik dənizi arasında yerləşir. Litvanın kiçik bir hissəsi istisna olmaqla, NATO-nun bu ölkələrlə sərhədi yoxdur.
Rusiya gedəcəyi hər hansı bir avantüra nəticəsində hər üç Baltik ölkəsini asanca işğal edə bilər. 
RAND-ın hesabatında göstərilir ki, bir çox hərbi və mülki ekspertlərin köməyi ilə rus işğalı baş verəcəyi təqdirdə ortaya çıxacaq müharibə ssenariləri simulyasiya edilib. Nəticə göstərib ki, NATO bu situasiyada aciz vəziyyətə düşəcək. 
Ən pozitiv ssenariyə görə NATO qüvvələri Latviya və Estoniyanın işğalına maksimum 60 saat müqavimət göstərə bilər. Ən bədbin ssenariyə görə, Rusiya bu ölkələrin paytaxtlarını 36 saat ərzində işğal edəcək. 
RAND-ın hesabatı NATO hərbi komitəsinin sədri ordu generalı Petr Pavelin narahatlıqları ilə üst-üstə düşür.
Pavel 27 may 2015-ci il tarixində NATO-nun gücünə baxmayaraq, Moskvanın Baltik dövlətlərini iki günün içində işğal edə biləcəyini demişdi. Pavel buna səbəbə kimi NATO komandanlığının qərarları gec qəbul etməsini göstərmişdi. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam