Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İcra başçısı abidələrə qənim kəsilib

 

Əhali isə şərlənməkdən ehtiyat edərək susur

Xeberinfo.com:   Bərdə rayon sakini Cəbrayıl Əliyev “Azadlıq”a maraqlı bir məktub göndərib. Məktub müəllifi rayon icra başçısının əməllərinin doğurduğu acı nəticələrdən bəhs edib:

“Rayon icra başçısı Vidadi Isayev istədiyi yeri sökür,  torpaq sahələrinin ona məxsus olduğunu deyir. Icra başçısının bu əməllərinə kimsə dillənmir, hamı icra başçısının onu şərlədib tutduracağından ehtiyat edir.

Rayonda Vətən müharibəsində həlak olanların xatirəsinə inşa edilmiş böyük bir abidə vardı. Ölkədə bu abidənin bənzəri yox idi. Abidənin layihəsi Minsk şəhərindən gətirilmişdi.  Onun böyüklüyü və gözəlliyi insanları valeh edirdi. Orada əkilən güllər də Avropa ölkələrindən gətirilmişidi. Heydər Əliyev bu abidəni Bərdənin Fəxri xiyabanı adlandırmışdı.

Lakin Vidadi Isayev bu abidəni yerlə-yeksan etdirdi. Abidədə inşa edilən muzeyi də sökdürdü. Muzeyin tikinti materiallarını hara daşıtdırdığını, abidədə əsgərlərin mis üzərində yaradılmış şəkillərinin, mis lövhələrinin aqibətini bilən olmadı. Abidədə olan ana heykəli isə başqa bir parka aparılaraq orada qoyuldu. Parkın giriş qapısının üstünə də Qəhrəmanlar parkı yazdırdı. Lakin parka daxil olanlar orada bir nəfər də qəhrəman heykəlini, büstünü, şəklini görməyəndə məəttəl qalırlar. Bu parkda Bərdəyə, yaxud xalqın digər nümayəndələrinə aid qəhrəmanın izi yoxdur.

Ikinci bir abidə olan 20 Yanvar öz möhtəşəmliyilə rayondakı abidələrdən seçilirdi. Abidənin mərmərini harasa aparmaq istəyən icra başçısı onu da sökdürdü. Iki abidəni sökdürməklə xalqın tarixini və bugününü Bərdə torpağından silib atdı. Dövlət başçısı, inzibati qurumlar bu  özbaşınalığa son qoyacaqmı?

Bərdəlilər icra başçısının bu əməllərindən xəbərdar olsalar da, qorxularından susurlar. Prezident icra başçısının məmur özbaşınalığına son qoymaqla bu problemi həll edə bilər”- deyə şikayətçi məktubunda vurğulayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam