Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“Heydər” məscidi dini icmasız fəaliyyət göstərəcək

“Heydər” məscidi dini icmasız fəaliyyət göstərəcək
Bakıdakı “Heydər” məscidi Azərbaycandakı digər məscidlərdən fərqli olaraq, dini icmasız fəaliyyət göstərəcək.

Xeberinfo.com:  Məlumata görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) axund və imam təyinatına baxmayaraq, “Heydər” məscidində dini icma yaradılmayacaq: “Bu məscid dini icma olmadan fəaliyyət göstərəcək. Bütün bunlar qanuna uyğundur. Çünki o məscid ayrıca bir kompleksdir və bir məscid-kompleks olaraq Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindədir. Bu baxımdan da buranın idarəçiliyi özəl formada həyata keçirilir. Ona görə də bu məscid digər məscidlərin idarəçiliyindəki qaydalarla deyil, kompleksin əsasnaməsi əsas götürülərək idarə olunacaq”.

Qeyd edək ki, “Heydər” məscidi Qafqazın ən böyük məscidi hesab olunur. Ötən həftə uzun fasilədən sonra QMİ sədri Allahşükür Paşazadə tərəfindən ora imam (Hafiz Abbasov) və axund (Rüfət Qarayev) təyin edilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam