Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“BakuBus”un avtobusu daşa basıldı

"Baku Bus" şirkətinə məxsus 3 ədəd 14 saylı avtobus içərisində sərnişinlərlə birlikdə daşa basılıb.

 

Xeberinfo.com:   Məlumata görə, bu barədə "BakuBus"ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova özünün facebook hesabında məlumat verib. Onun sözlərinə görə, hadisə Süleyman Rüstəm küçəsi ilə Dilarə Əliyeva küçəsinin kəsişməsində daş verib:

“Zərərçəkən var. Hadisə zamanı avtobusların birində yaşlı qadın yaralanıb. Daş onun başı tərəfə atılıb. Nəticədə avtobusun şüşə qırıntıları onun gözünə girib. Hazırda xəstə ev şəraitində müalicə edilir. Araşdırılma getdiyindən hadisəni törədənlər barədə məlumat verə bilməsək də, məsələnin mahiyyəti ilə əlaqədar sizi məlumatlandırmaq istədik. İçərisi sərnişin dolu avtobusun şüşələrini daş qalaq etməklə, sərnişinlərə bədən xəsarəti yetirmək məqsədi güdənlərin hansı məzhəbə qulluq etdiyini düşünmək belə ağrılıdır. İslah olunmaq üçün cəzanı həbsxana barmaqlıqları arxasında keçirməmək üçün davranışlarınıza ölçü qoyun.

“BakuBus” olaraq xəbərdarlıq etməyi borc bilirik ki, sərnişin təhlükəsizliyi bizim üçün prioritet olduğundan avtobuslarımızda törədilən hər qanuna zidd hərəkətə, şiddətə görə birbaşa məsuliyyət daşıyırsınız və törədilən əməl də qanun çərçivəsində sona qədər araşdırılaraq cəzalandırılacaq”.

Qeyd edək ki, bir neçə gün əvvəl isə Bakı-Ağstafa qatarı daşa basılmış və nəticədə 6 nəfər xəsarət almışdı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam