Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

İran və Çin arasında tarixi razılıq - 25 illik

İran və Çin 25 illik strateji tərəfdaşlıq haqqında razılıq əldə edib.

 

Xeberinfo.com:   İRNA-ya istinadən xəbərə görə, bu barədə İranın ali dini lideri ayətulla Əli Xameneyi ÇXR sədri Si Szinpin ilə görüş zamanı bildirib.

"İran xalqı və hökuməti həmişə Çin kimi müstəqil və etibarlı tərəfdaşlarla münasibətləri genişləndirməyə can atıb və atacaq. İran və Çin prezidentləri strateji münasibətlərin inkişafına dair 25 il müddətinə razılıq əldə ediblər. Bu, tamamilə doğru və müdrik addımdır", - deyə dini lider bildirib.

Əli Xameneyi energetika, neft və qaz sahəsində ikitərəfli əməkdaşlığın inkişafını xüsusi olaraq vurğulayıb. O, Tehran və Pekinin təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılığa gəlmələrindən məmnunluğunu ifadə edib və bildirib: "Çox təəssüf ki, Qərbin səhv siyasəti sayəsində İslam haqqında yanlış fikrin yayılması mümkün olub ki, bu da region üçün təhlükə kəsb edir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam