Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Sahibkarlara zülm edən məmur

 

Özünü "sanepidemstansiya" rəsmisi kimi qələmə verərək sahibkarlardan zorla pul yığan Hidayət adlı şəxsi kimlər himayə edir?

Xeberinfo.com:   Bu gün Azərbaycanda özəl sektorun; biznes mühitinin normal şəkildə inkişaf etdirilməsi yönündə mühüm addımlar atılır, sahibkarlıq fəaliyyətinin yaxşılaşması üçün lazımi şərait yaradılır. Ölkənin uğurlu inkişafının məhz özəl sektorun dinamik inkişafından asılılığını ön plana çəkən hökümət, məlum devalvasiyadan sonra sahibkarlıqla əlaqədar dövlət qanunvericiliyində müvafiq düzəlişlər edərək yeni qaydalar tətbiq etdi. Ölkə prezidenti İlham Əliyev cənabları sahibkarlara qarşı ədalətsizlik edənləri, onların işinə müdaxilə edərək fəaliyyətlərinə süni əngəl yaradanlara qarşı ümumdövlət miqyasında mübarizə aparılacağını, habelə onlardan tələb olunan əsassız tələblərə son qoyulacağını bəyan etdi. Salyan rayonunda isə məsələyə münasibət tamam başqa cürdür. Çünki rayonun kəndlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müdaxilələr edilir, onların fəaliyyətlərinə konkret əngəllər törədilir. Rayon rəhbərliyi isə məsələyə münasibət bildirməyir. Bu barədə redaksiyamıza daxil olan müraciətdə bildirilir. Müraciətdə, özünü rayon Sanitar epidemiologiya Stansiyasının (GEM) əməkdaşı kimi qələmə verən şəxsin, Qarabağlı, Kürkənd, Kürsəngi və Xalac kəndlərində fəaliyyət göstərən bütün sahibkarlıq subyektlərindən zorla pul tələb etməsi bildirilir. Adının Hidayət olduğu bildirərək özünü rayon rəsmisi kimi qələmə verən şəxs, müxtəlif bəhanələrlə sahibkarlardan orta hesabla 30-50 manat məbləğində pul yığır. Məsələyə etirazını bildirən sahibkarları uzunmüddətli yoxlamalarla və eləcə də yüksək məbləğdə cərimələrlə hədələyən şəxs, "tapşırığın” yuxarıdan, rayon rəhbərliyi tərəfindən irəli sürüldüyünü söyləyən saxtakar, ərazi sahibkarlarının kütləvi narazılığına səbəb olub. Sakinlər rayon rəhbərliyinə məlumat verərək məsələnin araşdırılmasını tələb etsələr də, məsələ ilə bağlı nəticə əldə olunmayıb. Xatırladaq ki, adının Hidayət olduğunu bildirən saxtakar, dövlət nömrə nişanı 90 817 olan Jiqulu 2107 markalı avtomobillə gəlibmiş. Güman edirik ki, məsələ ilə bağlı Salyan rayon Poliş Şöbəsində araşdırmalar aparılacaq, sahibkarlara təzyiq göstərərək onlardan pul tələb edən dələduzun axtarışı yönündə istintaq-əməliyyat tədbirləri həyata keçiriləcəkdir. 

 

Xalqxeber.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam