Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Prezident daha üç vacib sənəd imzaladı

Prezident İlham Əliyev məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam imzalayıb.

Xeberinfo.com:  Məlumata görə, sərəncama əsasən, məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədilə müəyyən edilmiş aylıq müavinətin məbləği bu ilin fevral ayının 1-dən 10 faiz artırılacaq.

**

Prezident İlham Əliyev 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə prezident təqaüdünün təsis edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılıb. Həmçinin, “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanının 1-ci hissəsinin birinci-üçüncü bəndləri aşağıdakı redaksiyada veriləcək: 1.1. I qrup əlillərə – 165 manat 1.2. II qrup əlillərə – 143 manat 1.3. III qrup əlillərə – 110 manat

**

Prezident İlham Əliyev “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” prezidentin fərmanında dəyişiklik edilməsi barədə də fərman imzalayıb.

Fərmana əsasən, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün aylıq məbləği 10 faiz artaraq 2016-cı il fevralın 1-dən 220 manat müəyyən edilib. Bu sərəncam və fərmanlardan irəli gələn məsələlərin həll edilməsi Nazirlər Kabinetinə tapşırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam