Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Klintondan Putinə ağır sözlər

 

 

 

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Rusiyanın Krımda həyata keçirdiyi siyasətin İkinci Dünya Müharibəsindən əvvəl faşistlərin siyasətinə bənzədiyini deyib. 

    "xeberinfo.com": Kaliforniyada ianə toplamaq üçün keçirilən tədbirdə çıxış edən Klinton bildirib ki, Hitler qonşu ölkələrdə yaşayan almanların hüquqlarını qorumaq adı altında həmin ölkələri necə işğal edirdisə, Vladimir Putin də Ukraynada eyni siyasəti aparır.

     "Bunlar çox tanış mənzərədir. 30-cu illərdə də Hitler belə siyasət yeridirdi. Çexoslovakiya, Rumıniya və digər ölkələrdə yaşayan etnik almanlara qarşı xoş rəftar edilmədiyini bəhanə gətirərək xalqın qorunmasının vacibliyindən danışırdı" deyə Klinton çıxışında bildirib. 

     Keçmiş dövlət katibi Putinin əsas vəzifəsinin Böyük Rusiya qurmaq olduğunu deyib: "Ukraynaya baxanda onun Ana Rusiyanın bir hissəsi olduğuna inanır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam