Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Jurnalisti döyüb öldürənlərdən biri: "Cavid dedi, zəng vurub üzr istəyəcək..."

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevin qətlə yetirilməsi işi üzrə həbs edilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.Prosesə hakim Eldar İsmayılov sədrlik edib.

Xeberinfo.com:  Məlumata görə, əvvəlki məhkəmədə olduğu kimi, media nümayəndələri bu dəfə də prosesdən kənarda qalıblar. İlqar adlı məhkəmə nəzarətçisi jurnalistləri zala buraxmayacağını elan edib. Təqsirləndirilən şəxslərin yaxınları ilə məhkəmə nəzarətçiləri arasında da qarşıdurma yaranıb. Onlar da zala buraxılmayıblar.

Prosesdə dövlət ittihamcısı ittiham aktını elan edib. Təqsirləndirilən Elşən İsmayılov(“Qəbələ” futbol klubunun hücumçusu Cavid Hüseynovun bibisi oğlu), Arif Əliyev və Camal Məmmədov onlara elan olunmuş ittihamla özlərini qismən təqsirli biliblər. Təqsirləndirilən Kənan Mədətov və Samir Mustafayev isə təqsirli bilməyiblər.

Təqsirləndirilən Elşən İsmayılov ifadəsində göstərib ki, mərhum Rasim Əliyevin Cavid Hüseynov barəsində yazdıqı statusu təhqir hesab edib: " Cavidin qohumu kimi yox, bir azərbaycanlı kimi mənə təsir elədi. Dedim bunu yazanın qanında azərbaycanlı qanı yoxdur. O da cavabında yazdı ki, şübhən varsa gedək yoxlatdıraq. Sonra nömrəmi yazmağımı istədi. Nömrəmi verdim. Zəng vurub söyüş söydü. Dedi istəyirsən gəl, “Bayıl market” in qarşısında görüşək”.

E.İsmayılov Rasimlə aralarında olan söhbət barədə Cavidə məlumat verib:" Cavid dedi ki, işin yoxdur. Dedim yox, o məni söyüb. Cavid də dedi, zəng vurub üzr istəyəcək. Gözlədim, zəng vurub üzr istəmədi. Əksinə dedi ki, üzr istəniləcək hec nə yoxdur. Tanımadıqım adam idi, cəkinirdim, ona görə uşaqlara Bayıla getmək istədiyimi dedim. Birlikdə getdik. Bu hadisənin belə yerə catacaqı aqlıma da gəlməzdi".

E.İsmayılov hadisədən sonra Bibiheybət məscidinə getdiklərini deyib:" Uşaqlar namaz qıldılar. Sonra Cavid mənə zəng vurub narazılıq etdi, məni danladı. Dedi ki, niyə belə hərəkət etmisən, qanun var, dövlət var. Sonra digər təqsirləndirilən Camal Məmmədov ifadə verib. O, Bayıla dava məqsədilə getmədiklərini, çay icib söhbəti yoluna qoymaq ücün getdiklərini deyib.

C.Məmməfov ittihamlarda yazılanların əksəriyyəti ilə razılaşmadıqını, belə bir hadisənin baş verməsindən peşmancılıq kecirdiyini biıdirib. Məhkəmə prosesi yanvarın 14 - də davam edəcək.

Xatırladaq ki, ann.tv-nin əməkdaşı Rasim Əliyev facebookda futbolçu Cavid Hüseynovu tənqid edən statusuna görə 8 avqust, 2015-ci ildə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Jurnalist çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və ertəsi gün orada vəfat edib.

Rasim Əliyevin döyülərək öldürülməsinə səbəb olmuş futbolçu, “Qəbələ” klubunun kapitanı Cavid Hüseynovun barəsindəki cinayət işi digər təqsirləndirilən şəxslərdən ayrılıb. Onun işi yaxın günlərdə məhkəməyə göndəriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam