Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Ağcabədidə acınacaqlı vəziyyət

Ağcabədidə HƏYAT İFLİC OLUB

 

Redaksiyamıza müraciət edən Ağcabədi rayon sakinləri bu gün saat 12 radələrindən rayon mərkəzində elektrik enerjisinin olmamasından şikayət edirlər.

 

Xeberinfo.com:   Narazı sakinlər bildirir ki, ümumiyuyətlə, 27 dekabr 2015-ci il tarixindən etibarən onlar bu zülmü çəkirlər. Həmin gündən işıqlar fasilələrlə, gün ərzində 3-4 saatlıq verilir.

Sakinlər bildirir: "Bu gün rayon mərkəzində olan bütün idarələrin, obyektlərin işıqları kəsildiyindən həyat rəsmən iflic olub. Vəziyyət o həddə çatıb ki, poçt vasitəsilə yaxınından, Rusiyadan və digər yerlərdən pul almalı olan bir neçə rayon sakini yerli poçt idarəsində etiraza da qalxıblar. Onlar qanunauyğun olaraq poçt idarələrində xüsusi generatorların olmalı olduğunu bildirərək, poçtun fəaliyyət göstərməsini tələb etsələr də, yanacağın olmaması səbəbindən tələbləri yerinə yetirilməyib. Görünür, yanacağın pulunu əvvəldən yeyiblər".

Sakinlər daha sonra bildirirlər ki, yalnız Ağcabədi rayon icra hakmiyyətinin binasının və başçının evinin işıqları yanır: "Belə ədalətsizlik olar? Camaatı nə yerinə qoyublar? Ağcabədidə başçıdan başqa adam yoxdur?"

Sakinlər onu da əlavə ediblər ki, bununla bağlı etiraza da hazırlaşırlar.

Redaksiyadan:  Qarşı tərəfi də dinləməyə hazırıq... 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam