Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ölkədən çıxarılan dollarlar daşınmaz əmlaka çevrilir

Azərbaycan vətəndaşları 2015-ci ildə Türkiyədə ən çox daşınmaz əmlak alan xaricilər arasında ilk beşlikdədir.

Xeberinfo.com:   Türkiyə mətbuatına istinadən xəbərə görə, bu barədə KONUTDER (Konut Gelişdiriciləri və Yatırımçıları Dərnəyi) başqanı Ömər Faruk Çelik bildirib. Onun sözlərinə görə, ötən ilin ilk 10 ayı ərzində xarici ölkə vətəndaşlarına 18 min 567 mənzil satılıb. Hələ ilin sonuna dair rəqəmlər məlum olmasa da gözlənilir ki, 2015-ci il üçün bu rəqəm 22-23 min olacaq.

Faruk Çelik deyib ki, Türkiyədə ən çox mənzil alan xaricilər arasında İraq, Səudiyyə Ərəbistanı, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və Azərbaycan vətəndaşları gəlir. O, 2016-cı ildə xarici ölkə vətəndaşlarına 10 milyard dollarlıq mənzil satışının proqnozlaşdırıldığını deyib. Çelik bildirib ki, 2015-ci ilin əvvəllərində xaricilərə 5 milyard dollarlıq mənzil satışı proqnozlaşdırılırdı, ancaq ilin sonuna doğru bu məbləğ 7 milyard dollara yaxınlaşdı.

Azərbaycanlıların Türkiyədə daşınmaz əmlaka yatırımları artırması bu ölkədədə xarici vətəndaşlara mənzil satışını liberallaşdıran qanunun qəbulundan sonra mümkün olub. Türkiyənin Statistika Komitəsinin məlumatına görə ötən il Azərbaycan vətəndaşları bu ölkədə 733 mənzil alıb.

Lakin bu, Azərbaycandan çıxarılan kapitalın Türkiyədə daşınmaz əmlaka yatırılmasına dair statistik mənzərəni tam əks etdirmir.

Virtualaz.org Bakıdakı biznes çevrələrinə istinadən xəbər verir ki, əslində bir sıra iri məmurlar və onların bizneslərini idarə edən benefisiarlar Türkiyədə daşınmaz əmlak biznesinə daha iri yatırımlar edirlər. Bu cür sövdələşmələr əksər hallarda Türkiyə vətəndaşlarının adlarına, yaxud ayrı-ayrı offşor zonalarda qeydiyyatdan keçmiş şirkətlərin üzərinə rəsmiləşdirildiyi üçün statistik mənzərədə əksini tapmır.

Mənbə ehtimal edir ki, təkcə ötən il-manatın ilk devalvasiyasından sonra Azərbaycandan təkcə Türkiyəyə axan kapitalın həcmi 1.5-2 milyard dollara yaxındır. Bu pullar İstanbulda, Antalya bölgəsində və kommersiya təyinatlı daşınmaz əmlak baxımından daha sərfəli olan bölgələrdə kotteclərin, bir neçə mənzilli kiçik yaşayış binalarının, villaların və çoxmərtəbəli binaların tikintisinə yatırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam