Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Canlar alan qeysəriyyə əməliyyatları...

Canlar alan qeysəriyyə əməliyyatları...

 

Azərbaycanda qeysəriyyə əməliyyatı dəb halını alıb

Xeberinfo.com:   Bu günlərdə təkcə paytaxt Bakıda iki ana qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişdi. Diqqət çəkən məqam isə odur ki, baş verən faciələr Bakının nüfuzlu xəstəxanalarında, Bakı Sağlamlıq Mərkəzində və Respublika Klinik Xəstəxanasında qeydə alınıb. Məlumata görə 23 yaşlı Ü.Abassova əməliyyatdan sonra, 32 yaşlı gənc qadın Günay Ağayeva isə elə əməliyyat stolundaca körpəsi ilə birgə dünyasını dəyişib. Ötən illərə də nəzərə yetirəndə bu cür faktların əslində tez-tez baş verdiyinin şahidi oluruq. Qadınların əksəriyyəti qeysəriyyə əməliyyatı ilə doğuşların daha təhlükəsiz olduğunu zənn etsələr də aparılan araşdırmalar zamanı  məlum olub ki,  bu, təbii doğuşdan 7 dəfə risklidir. Ən əsası isə bir dəfə qeysəriyyə əməliyyatı ilə ana olan qadın üçün ikinci dəfə ana olmaq təhlükəlidir. 
Ümumiyyətlə isə Azərbaycanda son illər qeysəriyyə əməliyyatı dəb halını alıb. Statistik məlumatlar da bunu təsdiq edir, bildirilir ki, son 14 ildə bu əməliyyat ilə edilən doğuşların sayı 10 dəfə artıb. Mütəxəssislər bildirirlər ki, bunun səbəblərindən biri indiki gənc anaların təbii doğuşdan qorxması, ən əsası isə həkimlərin bu məsələdə maddi marağının olmasıdır. Aldığımız məlumata görə qeysəriyyə əməliyyatının son qiyməti klinikalardan asılı olaraq təxminən 1000 - 2000 manat arasındadır. Halbuki, reallıqda bu əməliyyatın pulsuz olduğu bildirilir. Mütəxəssislər dəfələrlə bu əməliyyatın yalnız patoloji hallarda üstünlük verilməsini tövsiyyə etsə də, ölkəmizdə hər il bu minvalla 30 min körpə dünyaya gətirilir ki, bu da doğulanların təxminən 20 faizi deməkdir. Ümumdünya Səhiyyə Təşkilatı isə bir ölkədə qeysəriyyənin ümumi doğuşun 15 faizindən yuxarı olmasının normal olmadığını, yalnız ciddi və əsaslı tibbi göstəriş olarsa, qeysəriyyəyə müraciət etməyin mümkünlüyünü vurğulayır. 
Qeysəriyyə əməliyyatı ləğv edilsinmi?
Məsələnin ciddiliyi nəzərə alınaraq 2013-cü ildə Milli Məclisdə qeysəriyyə kəsiyi əməliyyatı ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi. Dəyişikliyə əsasən, qeysəriyyə kəsiyi əməliyyatına dair tibbi əsaslar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Adı çəkilən əməliyyatın qeyri-qanuni aparılmasına görə təqsirli şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar. Qanuna görə tibbi əsaslar olmadan qeysəriyyə əməliyyatının aparılmasına görə, vəzifəli şəxslər 5 000 manatdan 7 000 manatadək miqdarda, hüquqi şəxslər isə 10 000 manatdan 15 000 manatadək cərimə edilməlidirlər. Mütəxəsislər bu əməliyyatın tamamilə qadağan edilməsinin əleyinədir. Onlar başqa çıxışı yolu kimi qadın xəstəxanalarında hamilə qadınların psixoloji cəhətdən doğuşa hazırlanması, qeysəriyyə əməliyyatının nə zaman tətbiq edilməsi və onun fəsadları barədə maarifləndirilməsini göstərirlər.
 
Qanunvericilikdə qadınların istəyi nəzərə alınırmı?
Milli Məclisin Sosial siyasət komitəsinin ixtisasca həkim olan sədr müavini Musa Quliyev ölkədə qeysəriyyə əməliyyatları sayının çoxalmasının narahatlıq doğrudurğunu bildirib:
“Səhiyyə nazirliyi məsələnin nəzarətə götürülməsi ilə bağlı əmr verib. Eyni zamanda Milli Məclisdə də bu məsələyə baxılıb və əhalinin sağlamlığının qorunması haqda qanuna əlavə və dəyişiklik edilib ki, əsassız olduğu halda yəni göstəriş olmadan bu cür əməliyyatlar edilərsə buna qarşı ciddi inzibati tədbirlər görülməlidir. Qanunvericilikdə əməliyyat nəticəsində ölüm hadisəsi olarsa və ya ananın səhhətində ağır, geri dönməyən ağırlaşmalar baş verirsə cinayət məsuliyyəti, o cümlədən həkimin həkimlik fəaliyyətindən kənarlaşdırılması nəzərdə tutulur”.
Musa Quliyev qeysəriyyə əməliyyatlarının artma səbəblərindən də danışıb: “Əsas səbəblərdən biri həm bir çox tibb işçiləri, həm də qadınlar arasında səhiyyə mədəniyyətinin aşağı olmasıdır. Qadınlar hamiləliklərinin ilk dövründə psixoloji, fizioloji və sosial cəhətdən ana olmağa hazırlanmalıdır. Lakin təəssüflər olsun ki, bəzi analar əksər hallarda hamiləliyin son aylarında, hətta son həftələrində ginekoloqlara müraciət edirlər. Bu məsələdə məsuliyyət sahə ginekoloqlarının üzərinə düşür, onlar öz işlərinə daha da məsuliyyətli yanaşmalı, müəyyən tədbirlər görməlidirlər. 
O cümlədən hamilə qadınlar lazım olarsa  psixoloq müayinəsindən də keçməlidir. Hamilə qadınlara izah olunmaldır ki, ana olmağın təbii yolu var. Onun orqanizmə əks göstərişi yoxdursa, qeysəriyyə əməlyyatına heç bir ehtiyac da yoxdur”.
Musa Quliyev bəzi həkimlərin bu məsələdə maddi maraqları olduğunu bildirib: “Bəzən gənc qadınlar bu əməliyyatın daha ağrısız olduğunu düşünüb təbii doğuşdan imtina edirlər. Həkimlər üçün də maraq odur ki, qeysəriyyə əməliyyatı təbii doğuşa nisbətən bahalı əməliyyatdır. Ona görə də mən təklif etmişdim ki, özəl klinikalarda əksinə təbii doğuşun qiymətləri bu əməliyyatdan baha olsun ki, bəzi həkimlərin bu işdə maraqları olmasın. 
Bəzən doğuş zamanı ağırlaşma baş verir və qeysəriyyə əməliyyatına ehtiyac yaranır. Bu zaman ölüm olarsa bunu qeysəriyyənin üstünə atmaq da düzgün deyil. Bu elə bir prosesdir ki, bəzi hallarda insan faktoru burda sözünü deyə bilmir”. 
Bəs görəsən qadının bu əməliyyatı seçmək istəyi qanunvericilikdə nəzərə alınırmı?
Musa Quliyev bu suala da aydınlıq gətirib: “Qanunvericilikdə də bildirilir ki, ananın istəyi nəzərə alınmır, bu barədə yalnız həkim qərar verə bilər. Üstəlik burda bir deyil, bir neçə həkimin yekun qərarı olmalıdır. Həkimlər hansısa təhlükələrlə bağlı hamilə qadınlara şişirdilmiş fikrilər söyləməklə onun təbii doğuşdan imtina etməsinə şərait yardırdılar...”
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da məsələ ilə bağlı öz şərhini bildirib: “Bu əməliyyat bahalı olduğundan bəzi həkimlər hətta ilk gündən qadınları bu əməliyyata sövq edir, təbliğ və təklif edirlər. Hətta bəzən hansısa təhlükələrlə bağlı hamilə qadınlara şişirdilmiş fikrilər söyləməklə onun təbii doğuşdan imtina etməsinə şərait yardırdılar. Bir çox hallarda isə qadınların özləri bədən quruluşlarının yaxşı vəziyyətdə qalması üçün bu əməliyyatı arzu edirlər. Bunun qarşısını almaq üçün hamilə qadınlar təbii doğuşun daha vacib olduğu, qeysəriyyə əməliyyatının törətdiyi fəsadlar barəsində maarifləndirilməli, təbliğat aparılmalıdır. Bir çox inkişaf etmiş ölkələrdə ən son anda qeysəriyyə əməliyyatından istifadə edilir”. 
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə qeysəriyyə əməliyyatına tənqidi yanaşmadığını qeyd edib: “Elə qadınlar var ki, onlar doğrudan da doğuşdan qorxurlar. Yəni, bu qadının öz seçimi, öz haqqıdır.  Bütün dünyada qeysəriyyə əməliyyatı edilir. Sadəcə olaraq ölkəmizdə bəzən həkimlərin savadsızlığı, naşılığı faciələrə gətirib çıxarır. Bəzən əməliyyat zamanı narkozdan çox istifadə edilir. Bir dəfə yaxın qohumlarımdan biri bu əməliyyata girərkən həkim ona normadan artıq narkoz vermişdi. Nəticədə qadın əməliyyatdan ayıla bilmirdi. Çox çətinliklə onu pis nəticədən qurtara bildik”.(Musavat.com)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam