Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Nazir müavininin apteklərində özbaşınalıq

 

Səhiyyə nazirinin müavini Elsevər Ağayevin nəzarət etdiyi deyilən "Avis" apteklər şəbəkəsində özbaşınalıq hökm sürür.

 

Xeberinfo.com:  Məlumata görə, bu şəbəkənin dərmanı həddindən artıq baha satması ciddi narahatlıq doğurub. Şəbəkənin Nərimanov rayonunda, Ağa Nemətulla,117H yerləşən aptekində isə vəziyyət dözülməz həddədir.

Şəbəkə ilə bağlı şikayət edən sakinlər bildirirlər ki, "Avis" aptek ölkədə yaranmış bahalaşmadan sui-istifadə edərək istehlakçıların hüquqlarını pozur: ""Avis Apteklər Şəbəkəsi" dərmanları digər apteklərlə müqayisədə ikiqat baha satır. Sözügedən aptekdən bir dəfə dərman alan istehlakçı ikinci dəfə "Avis"in yanından da keçmir. Baxmayaraq ki, ölkə başçısı dərmanların qiymətinin baha satılmasıyla bağlı narahatlığını bildirib və səhiyyə nazirinə dərman bazarında baş verən özbaşınalıqların aradan qaldırılması istiqamətində lazımi işlərin görülməsiylə bağlı tapşırıq verib. Lakin hələ də nazirin ona tapşırılan işin öhdəsindən gəldiyini demək olmaz. Xüsusilə də "Avis Apteklər Şəbəkəsi" kimi gündə bir adla ortaya çıxan apteklər bu sahəni bərbad duruma salıblar. Əhali artıq bu vəziyyətdən narahatdır. Səhiyyə sahəsində o qədər problem var ki, vətəndaşlar bilmirlər kimə və nəyə inansınlar. Hər gün müxtəlif adlarla fəaliyyətə başlayan apteklər də bir yandan vətəndaşların əsəbləriylə oynayırlar. Təəssüf ki, bu cür şəbəkələrin kökünü kəsə bilmirlər. Əksinə vətəndaşların qənimi olan apteklərin sayı durmadan artır. Nərimanovdakı "Avis" aptekdə isə vəziyyət doğruan da izaholunmaz həddə çatıb".

Şikayətçilər bildirirlər ki, "Avis Apteklər Şəbəkəsi"nə məxsus dərman preparatlarının içlik vərəqələri tərcümə olunmayıb: "Şəbəkənin apteklərə payladığı preparatlarda dərmanların içlik vərəqələri bir çox hallarda başqa dillərdədir. Məsələ ondadır ki, dərmanların içlik vərəqələrinin başqa dillərdə olması bir sıra hallarda istehlakçılar üçün problemlərin yaranmasına gətirib çıxarır. Belə ki, xəstə dərmandan düzgün istifadə edə bilmir. Bəzən belə hallar hətta xəstənin canı bahasına başa gəlir. Əksər qadağan olunmuş dərmanlar isə resseptsiz satılır. Halbuki elə dərmanlar var ki, xüsusi göstəriş və icazə verildikdə yalnız resseptlə satıla bilər".

Mediada yayılan məlumatlara görə, "Avis Apteklər Şəbəkəsi"ndə satışı qadağan olunmuş, həmçinin vaxtı keçmiş dərman preparatları satılır: "Nazirlik bir sıra dərman vasitələrinin reseptsiz satışına qadağa qoyub. Bu apteklərdə həmin dərmanları asanlıqla əldə etmək mümkündür. Sözügedən aptek psixotrop maddələrin satışı ilə məşğuldur. Məlum olduğu kimi, aidiyyəti hüquq-mühafizə orqanlarının nümayəndələri mütəmadi olaraq apteklərdə yoxlama aparır və psixotrop maddələrin satılıb-satılmadığını araşdırırlar. Görülən bütün tədbirlərə rəğmən, "Avis Apteklər Şəbəkəsi"nin rəhbər şəxslərinin həmin maddələri satdıqları iddia edilir. Hər halda, bu qədər ittiham varsa, mütləq araşdırmaq lazımdır".

Qeyd edək ki, "Dərman vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"nun 11-ci maddəsinə əsasən 2012-ci il iyunun 1-dən içlik vərəqələri Azərbaycan dilində olmayan dərman preparatlarının ölkəyə idxalı rəsmən qadağandır. Əgər hərhansı bir dərman qutusunun içərisində içlik vərəqəsi tərcümə olunmayıbsa, qanun pozuntusudur, tələblərə uyğun deyil və bu dərman ölkədə qeydiyyata alınmayıb.

Sözügedən şəbəkənin də mövqeyini dərc etməyə hazırıq.

Xalqxeber.Az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam